Icma.az
close
up
RU
“Flamenqo” liderlə xal fərqini birə endirdi

“Flamenqo” liderlə xal fərqini birə endirdi

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Braziliya çempionatında keçirilən 10-cu turun oyunlarından sonra turnir cədvəlində lider dəyişmədi. Amma “Palmeyras” ilə “Flamenqo” arasındakı xal fərqi minimuma endi. Turun mərkəzi oyunu məhz lider ilə əsas izləyicisi arasında keçirildi.

Son 3 turu maksimum nəticə ilə başa vuran “Palmeyras” “Flamenqo” ilə xal fərqini 4-ə yüksəltmişdi. Abel Ferreyranın komandası üçün fərqi artırmaq fürsəti yaranmışdı. Hər halda “Palmeyras” çempionluq yarışında əsas rəqiblərindən birini evdə sınağa çəkəcəkdi. Amma oyunun san paululular üçün asan keçməyəcəyini də ehtimal etmək olardı.
Meydan sahibləri rəqibini yalnız qapıya zərbələr planında üstələyə bildi – 13:7. Hər iki tərəf qapıya bərabər sayda – 3 zərbə endirdi. “Flamenqo”nun qapıçısı Rossi bütün zərbələri dəf edərkən, onun həmkarı Veverton yalnız bir dəfə seyv edə bildi. Əslində ilk hissə san paululular üçün uğurlu nəticələnə bilərdi. 17-ci dəqiqədə Rossi rəqib oyunçunun qarşısını kobudluqla aldı. Sarı vərəqə ilə cəzalanan argentinalı qapıçı penaltiyə səbəbkar olsa da, səhvini düzəldərək Pikeresin zərbəsinin qarşısını aldı. İkinci hissədə üstünlük gah bu, gah da digər tərəfə keçdi. Amma qol vurmağı yalnız qonaq komanda bacardı. Əvvəlcə De Arraskaeta hesabı açdı. 73-cü dəqiqədə penaltini qola çevirən uruqvaylı yarımmüdafiəçi bu mövsüm A seriyasındakı qollarının sayını 8-ə çatdırdı.
14 dəqiqə sonra Ayrton Lukas rio de janeyroluların növbəti qolunu vurmaqla komandasının qələbəsinə şübhə yeri qoymadı. Beləliklə, Filipe Luisin çalışdırdığı “Flamenqo” lider ilə xal fərqini birə endirdi.
Tura hərəyə 17 xal toplamaqla 3-4-cü yerləri bölüşməklə başlayan hər iki komanda qələbə qazandı. “Kruzeyro” səfərdə “Fortaleza”nın qapısından iki top keçirdi. “Braqantino” isə evdə “Juventude”ni bir qolla məğlub etdi. “Kruzeyro” cədvəldə “Braqantino”nu yenə topların daha yaxşı fərqinə əsasən qabaqlayır.
10-cu tur
Palmeyras - Flamenqo 0:2

De Arraskaeta, 73-p. Ayrton Lukas, 87.
Fortaleza - Kruzeyro 0:2
Kayo Jorje, 34. Lukas Silva, 41.
Braqantino – Juventude 1:0
Con Con, 45+4.
Fluminense - Vasku da Qama 2:1
Veqetti, 42-öz qapısına. Quqa, 87 – Joao Viktor, 25.
San Paulu - Mirassol 0:2
Qabriel, 53. Reynaldo, 89-p.
Atletiko Mineyro - Korintians 0:0

Qremio - Bayya 1:0
Breytveyt, 61-p.
Sport Resife - İnternasyonal 1:1
Kristian Barletta, 7 – Qustavo Prado, 48.
Vitoriya - Santos 0:1
Gilyerme, 18.
1. Palmeyras 10 7 1 2 11-6 22
2. Flamenqo 10 6 3 1 19-4 21
3. Kruzeyro 10 6 2 2 15-7 20
4. Braqantino 10 6 2 2 12-8 20
5. Fluminense 10 5 2 3 13-12 17
6. Seara 9 4 3 2 11-7 15
7. Bayya 10 4 3 3 9-10 15
8. Korintians 10 4 2 4 12-14 14
9. Mirassol 10 3 5 2 16-12 14
10. Atletiko Mineyro 10 3 5 2 10-10 14
11. Botafoqo RJ 9 3 3 3 10-5 12
12. Qremio 10 3 3 4 9-14 12
13. San Paulu 10 2 6 2 8-9 12
14. İnternasyonal 10 2 5 3 12-14 11
15. Vasku da Qama 10 3 1 6 11-13 10
16. Fortaleza 10 2 4 4 10-10 10
17. Vitoriya 10 2 3 5 10-14 9
18. Santos 10 2 2 6 8-11 8
19. Juventude 10 2 2 6 8-22 8
20. Sport Resife 10 0 3 7 5-17 3
Bombardirlər: De Arraskaeta (Flamenqo) - 8, Veqetti (Vasku da Qama) - 7, Kayo Jorje (Kruzeyro) – 6, Reynaldo (Mirassol), Yuri Alberto (Korintians) - 5, Pedro (Flamenqo), Pedro Raul (Seara) - 4.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyun 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri