Oktyabr ayında 15 533 müraciət daxil olub
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Oktyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 15 533 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 7 905 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 821 müraciət daxil olub.
Newscenter.az xəbər verir ki, BŞTİ-yə 4 229 sənəd (vətəndaşlar tərəfindən 1 720 ərizə, Elm və Təhsil Nazirliyindən 1 147, digər qurumlardan 415, tabelikdə olan təhsil müəssisələrindən 625 məktub və 322 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 578 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, şagird yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:Oktyabr ayında
30 Sentyabr 2025 16:13
Bir təqvimə sığmayan tarixlər: 15 oktyabr 2003! 15 oktyabr 2023!
15 Oktyabr 2026 11:40
Tariximizin 15 oktyabr Zirvəsi!
15 Oktyabr 2025 11:34
Tarixi Seçim: 15 Oktyabr 2003
15 Oktyabr 2025 12:40
Oktyabr ayında havanın temperaturu normadan yuxarı olub
03 Noyabr 2025 11:11
Baxış sayı:52
Bu xəbər 04 Noyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















