Flora Kərimova bu gün evə buraxılır KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gündür xəstəxanada müalicə alan Xalq artisti Flora Kərimova bu gün evə buraxılır.
KONKRET.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.
O bildirib ki, Flora Kərimovanın müalicə prosesi müsbət nəticə verib və həkimlərin qərarına əsasən, bu gün saat 3-də evə buraxılacaq.
Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. Səhhətindəki problemlərlə əlaqədar olaraq sənətkarın iyunun 20-də Yaşıl Teatrda planlaşdırılan çıxışı da sentyabr ayına təxirə salınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 20 İyun 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















