Icma.az
close
up
RU
Florida Konqresi kriptovalyuta ehtiyatı yaradılması ilə bağlı qanun layihələrini müzakirədən çıxarIB

Florida Konqresi kriptovalyuta ehtiyatı yaradılması ilə bağlı qanun layihələrini müzakirədən çıxarIB

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

Florida Konqresi ştat səviyyəsində kriptovalyuta ehtiyatı yaradılmasına yönəlmiş iki qanun layihəsini müzakirədən çıxarıb.

AZƏRTAC “Cointelegraph”a istinadla xəbər verir ki, fevral ayında təqdim olunmuş Nümayəndələr Palatasının 487 nömrəli qanun layihəsi bəzi büdcə fondlarının vəsaitlərinin 10 faizədək hissəsinin bitkoinə yatırılmasına imkan verəcəkdi. Eyni ayda təqdim olunan Senatın 550 nömrəli sənədi isə ilk kriptovalyutanın vergilər və rüsumlar üçün ödəniş vasitəsi kimi qəbul edilməsini nəzərdə tuturdu.

Beləliklə, Vayominq, Cənubi Dakota, Şimali Dakota, Pensilvaniya, Montana və Oklahoma ştatları kimi Florida da ştat səviyyəsində kriptosərmayələrə dair qanunvericilik qəbul etmək yarışından geri çəkildi. Bu ştatlarda da oxşar qanun layihələri Nümayəndələr Palatası və ya Senatda təsdiqlənməyib.

Digər tərəfdən, bir neçə gün əvvəl Arizona bitkoin ehtiyatı yaradılmasına bir addım yaxınlaşmışdı. Müvafiq 1025 nömrəli qanun layihəsi yerli Nümayəndələr Palatası tərəfindən qəbul olunmuşdu. Lakin sonradan qubernator Keti Hobs bu sənədə veto qoyUB və rəqəmsal aktivləri “sınaqdan keçməmiş sərmayələr” adlandırıb.

Bu qərar kriptocəmiyyətin tənqidinə səbəb olub. “Satoshi Action Fund” adlı lobbi təşkilatı bildirib ki, Arizona hələ də öz bitkoin ehtiyatına sahib ilk ştat ola bilər.

Hazırda ştat səviyyəsində Nümayəndələr Palatasının 2749 nömrəli qanun layihəsi mövcuddur. Bu sənəd ehtiyatın büdcəyə təsir etməyən şəkildə maliyyələşdirilməsini təklif edir. Senatın 1373 nömrəli sənədi isə ştat xəzinədarına dövlət vəsaitlərinin 10 faizədək hissəsini rəqəmsal aktivlərə yönəltmək səlahiyyəti verəcək. Bu sənədlər hələ yekun səsvermədən keçməyib.

Qeyd edək ki, ötən ay İsveçrə Mərkəzi Bankı likvidlik və dəyişkənlik risklərinə görə, kriptovalyuta ehtiyatı yaradılması ideyasını tənqid edib. Tənzimləyici bildirib ki, ilk kriptovalyuta ölkənin valyuta ehtiyatlarına daxil edilmə meyarlarına cavab vermir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 03:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri