Icma.az
close
up
RU
“Fluminense” afrikalıları pley offa buraxmadı

“Fluminense” afrikalıları pley offa buraxmadı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Borussiya” ilə “Ulsan”ın duelində yeganə maraq doğuran məqam dortmundluların neçə qol vuracağı idi. Çünki Koreya təmsilçisi səviyyə baxımından aşkar geridə idi. Həm də pley-off şansı qalmayan komandanın bu oyunda heç bir iddiası yox idi.

“Arılar” isə əksinə, qrupu lider kimi bitirmək üçün qalib gəlməliydilər. Matçın qəhrəmanı koreyalıların qapıçısı Ço Hyon Vu oldu. Zarafat deyil, o, oyunu 10 (!) seyvlə tamamladı. Çonu yalnız “Borussiya”nın cinah müdafiəçisi Svensson məyus edə bildi. Cob Bellingem bu dəfə fərqlənə bilməsə də, hesabına məhsuldar ötürmə yazdı. Dortmundluların əsas qol silahı Girassi bu görüşdə inanılmaz fürsətləri boşa verdi. İstənilən halda Niko Kovaçın komandası qarşıya qoyulan hədəfə çataraq qrupu lider kimi tamamladı və pley-offda “Monterrey”in rəqibi oldu.
Maraqlıdı ki, “Ulsan” tarixi ərzində FİFA-nın turnirlərində keçirdiyi 7 qarşılaşmanın hamısından məğlubiyyətlə ayrılıb! 2-ci turda “Borussiya”ya 3 qol vuran “Mamelodi Sandaunz”un “Fluminense” ilə oyundakı performansı maraq doğururdu. Hər halda, afrikalıların taleyi öz əllərində idi.
Maraqlıdı ki, braziliyalıların baş məşqçisi Renato Qauşo təcrübəli Tyaqo Silvanı ehtiyatda saxlamışdı. Amma bu məqam “Mamelodi”yə yardım etmədi. Komanda heç cür “Fluminense”nin sıx müdafiəsini yara bilmədi. Hiss olunurdu ki, Libertadores kubokunun ötənilki qalibi meydana konkret qol buraxmamaq hədəfi ilə çıxıb. Çünki səviyyəcə rəqibdən üstün olan bir klubun oyunboyu topa yalnız 32 faiz nəzarət etməsinə başqa izah tapmaq çətindi. Amma necə deyərlər, qaliblər mühakimə olunmur!
“Fluminense” adını ən güclü 16 komanda sırasına yazdıraraq “İnter”ə rəqib oldu.
F qrupu, 3-cü tur
Borussiya D – Ulsan 1:0 (1:0)

Borussiya (Dortmund, Almaniya): Kobel, Ryuyerson, Kouto, Anton, Bensebayni, Svensson, Nmeça (Brandt, 58), Qross (Reyna, 78), Adeyemi (Dyuranvill, 59), Cob Bellingem (Bayer, 58), Girassi (Çukvuemeka, 78).
Ulsan (Koreya): Ço Hyon Vu, Kan San Vu, Troyak (Yul Heo, 86), Kim Yon Qvon, Li Ce İk, Lüdviqson, Li Cin Hyun, Boyaniç (Hyu Cun Li, 80), Lakava (Park Min Seo, 46), Kim Min Hyok (Ko Sun Bom, 46), Farias (Li Çun Yon, 80).
Qol: Svensson, 36.
Vərəqələr: Kim Min Hyok, 17. C.Bellingem, 28. Nmeça, 53. Kan San Vu, 54 – sarı.
25 iyun. Sinsinnati. 8239 tamaşaçı. 
Mamelodi Sandaunz – Fluminense 0:0
Mamelodi Sandaunz (Pritoriya, Cənubi Afrika): Uillyams, Mudau, Kupido (Lebusa, 60), Kekana, Lunqa, M.Alyende, Mokoena (Adams, 46), Ribeyro (Şalulile, 76), Zvane (Letlaku, 85), Mettyus (Seyls, 60), Rayners.
Fluminense (Rio de Janeyro, Braziliya): Fabio, Şavyer, İqnasio, Freytes, Rene, Erkules (Bernal, 67), Nonato (Santos, 86), Martinelli (Lima, 76), Arias, Kanobbio (Keno, 67), Kano (Everaldo, 86).
Vərəqələr: Mokoena, 10. Arias, 88. Bernal, 89. Fabio, 89. Rene, 90+5. Letlaku, 90+6 – sarı.
25 iyun. Mayami. 14312 tamaşaçı.
1. Borussiya D 3 2 1 0 5-3 7
2. Fluminense 3 1 2 0 4-2 5
3. Mamelodi Sandaunz 3 1 1 1 4-4 4
4. Ulsan 3 0 0 3 2-6 0

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyul 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri