Icma.az
close
up
RU
Şərqşünaslıq İnstitutunun Elmi şurasında AMEA nın qarşısına qoyulan vəzifələrdən danışılıb

Şərqşünaslıq İnstitutunun Elmi şurasında AMEA nın qarşısına qoyulan vəzifələrdən danışılıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda baxılan ilk məsələ Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışı zamanı qarşıya qoyulan vəzifələrlə bağlı olub. İclasa sədrlik edən AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycan Prezidentinin AMEA-nın 80 illik yubiley yığıncağında iştirakının bütün elmi ictimaiyyət tərəfindən məmnunluqla qarşılandığını, dövlətimizin başçısının öz dərin məzmunlu çıxışında elmimiz üçün aktuallıq kəsb edən bir sıra vacib məsələlərə toxunduğunu bildirib.

Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev tərəfindən elmin inkişafı üçün götürülmüş xətti davam etdirdiyini deyən institut rəhbəri bu illər ərzində elmə ayrılan vəsaitin artırılmasını, alimlərə şərait yaradılmasını qeyd edib. Prezidentin çıxışında çox önəmli məsələlərə toxunduğunu deyən akademik G.Baxşəliyeva onun “Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır” fikrini diqqətə çatdıraraq, Azərbaycan dilinin saflığının qorunması məsələsinə də toxunduğunu, bunun hər bir vətəndaşın işi olduğunu, bu işdə dilçi alimlərin üzərinə böyük vəzifə düşdüyünü söyləməsini qeyd edib.

Prezidentin bizim tarixi torpaqlarımızın sərhədlərimizdən kənarda da olmasının və azərbaycanlıların sərhədin o tərəfində də yaşadıqlarını deməsini xatırladan akademik G.Baxşəliyeva tarixçilərimizn üzərinə böyük vəzifə düşdüyünü vurğulayıb. İnstitut rəhbəri çıxışında Prezidentin toponimlər məsələsinə də toxunduğunu, tarixi xəritələrdə məhz Göyçə gölünün yazılmasını, bu və digər toponimlərimizi tarixi həqiqətə əsaslanan xəritələr əsasında təbliğ etməli olduğumuzu söyləməsini xatırladıb.

Akademik G.Baxşəliyeva şərqşünasların da üzərinə bu sahələrdə böyük iş düşdüyünü qeyd edib və üç il öncə Şərqşünaslıq İnstitutunda nəşr olunmuş “Bir daha vahid/bütöv Azərbaycan ərazisi haqqında” kitabının rus, fars və ingilis dillərinə tərcümə edilərək çap edilməsi təklifini irəli sürüb. Qədim dövrdən başlayaraq Azərbaycan adının bir sıra xəritələrdə olmasını söyləyən akademik G.Baxşəliyeva, bunun əksini söyləyənlərə cavab kimi şərqşünas alimlər qarşısında duran vəzifələrdən birinin qədim şərq mənbələrindən Azərbaycanın ərazi bütövlüyünə aid xəritələri toplayıb yaxın zamanda nəşr etdirməsi olduğunu deyib.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü iclasda bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında Azərbaycan elmi və aliminə yüksək dəyər verməklə yanaşı, Azərbaycan elmi qarşısında vəzifələr qoyub. Dövlətimizin başçısının çıxışında Azərbaycan dili və tarixi ilə bağlı alimlərə xüsusi tapşırıqların öz əksini tapdığını deyən R.Cümşüdlü Prezidentin vurğuladığı əsas məqamlar kimi Qarabağ və Qərbi Azərbaycan toponimlərinin saxtalaşdırılmasına qarşı addımların, Azərbaycan tarixinin daha doğru və elmi şəkildə tədqiqinin labüdlüyünün Azərbaycan dilinin saflığının qorunmasına çalışmağın olduğunu göstərib. R.Cümşüdlü bu istiqamətdə alimlərimiz tərəfindən görülməli olan işlər sırasında Azərbaycan ədəbi dil tarixində xüsusi mərhələ təşkil edən Füzuli, Nəsimi, Şah İsmayıl Xətai kimi şairlərin, Qarabaği və İrəvani nisbəsi ilə yazıb-yaradan alim və ədiblərin əsərlərinin əlyazmalarının dünya kitabxanalarında aşkarlayaraq tədqiq edilməyinin vacibliyini vurğulayıb.

Sonra institutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri dosent Namiq Məmmədov iclasda “Tarix elmi və süni intellekt: yeni metodologiya və perspektivlər” mövzusunda məruzə edib. Məruzəçi süni intellekt və onun tətbiqi sahələri, prompt mühəndisliyi, süni intellektin tarix elmində praktik istifadəsi və onun üstünlükləri, bu sahədə yeni metodologiya və perspektivlərdən danışıb.

İnstitutun yeni yaradılmış Rəqəmsal şərqşünaslıq, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri dosent İnci Qasımlı iclasda bir neçə təkliflə çıxış edib. Birinci təklif Rəqəmsal Şərq İrsi Platformasının yaradılması haqqında olub. O bildirib ki, buradakı məqsəd Şərqşünaslıq İnstitutunun çoxillik elmi irsini, əlyazma və arxiv fondlarını, nəşrlərini və tədqiqat materiallarını rəqəmsal formata keçirmək, bu məlumatlar üzərində süni intellekt texnologiyalarını tətbiq etməklə elmi biliklərin qorunmasını, sistemləşdirilməsini və analitik təhlilini təmin etməkdir. Bu, institutun elmi irsini müasir tələblərə uyğun rəqəmsal elmi ekosistemə inteqrasiya etməyə yönəlib. Həmçinin bu təklifin reallaşması nəticəsində Şərqşünaslıq İnstitutunun elmi fəaliyyəti rəqəmsal transformasiya müstəvisinə keçəcək, süni intellekt vasitəsilə elmi biliklərin avtomatlaşdırılmış analizi və qorunması təmin olunacaq, institut regional səviyyədə rəqəmsal elmi mərkəz statusu qazanacaq və Azərbaycan şərqşünaslığının beynəlxalq səviyyədə tanıdılmasına ciddi töhfə verəcək. Digər təklif şöbə tərəfindən internetdə açıq platformanın yaradılması və institutda yerinə yetirilən plan işlərinin bu sistemdə yerləşdirilməsi haqqında olub. Bu, başqa müəssisələrdə hər hansı mövzunu işləmək istəyənlərin həmin mövzunun işlənib-işlənmədiyindən xəbərdar olması üçün vacibdir.

İclasda institutun digər əməkdaşları da öz fikir və mülahizələrini bildirib, təkliflərini irəli sürüblər.

Daha sonra Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan, Şərq-Qərb və Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbələrinin 2025-ci il üçün hesabatları dinlənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri