Icma.az
close
up
RU
“Forbes” jurnalının baş redaktoru işdən qovuldu “Böyük bir xəta etdim”

“Forbes” jurnalının baş redaktoru işdən qovuldu “Böyük bir xəta etdim”

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Forbes" nəşrinin baş redaktoru Rendall Leyn vəzifəsini itirib.
Bizim.Media Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Bildirilib ki, bu buna səbəb Rendall Leynin maliyyə məsləhətçiləri ilə bağlı məqalələr üzrə jurnalın tərəfdaşı olan "Shook Research" şirkətindən 6 milyon dollar vəsait almasının üzə çıxmasıdır. Məlumata görə, "Forbes"un işçilər üçün daxili qaydalarına görə, əməkdaşların şirkətdən kənar fəaliyyətlərdən maddi mənfəət əldə etməsi yolverilməzdir.
Bildirilib ki, həmin pul Leynə "Shook Research"in qurucusu Er Cey Şuk tərəfindən təqdim edilib. Vəsaitin ötürülməsi Şukun öz şirkətinin nəzarət səhm zərfini "PPC Enterprises"a satmasından sonra baş tutub.
 

"Forbes"un əməkdaşlar üçün təlimatında qeyd olunur ki, işçilər hər hansı kənar kommersiya işinə başlamazdan əvvəl rəhbərlikdən icazə almalıdırlar və onlara şəxsi qazanc əldə etmək qəti şəkildə qadağan olunur.


"Böyük bir xəta etdim və məsuliyyəti tam şəkildə qəbul edirəm. Aldığım hədiyyə barədə rəhbərliyi məlumatlandırmalı idim və bunu etməməyim çox ciddi səhv idi. Buna görə dərindən təəssüflənirəm, çünki nəticədə həm işimi, həm də çox sevdiyim komandamı itirdim. Lakin bu hadisə mənim "Forbes"a və oradakı gözəl insanlara olan hörmətimi azaltmır", - deyə işdən çıxdıqdan sonra Leyn "The Times"a müsahibəsində bildirib.
Amerikalı jurnalist Rendall Leyn "Forbes"da təqribən 15 ildir idi ki, çalışırdı. Fəaliyyəti zamanı Leyn "30-a qədər 30" və "Just 100" reytinqləri kimi nəşrin ən məşhur layihələrinin əsasını qoyub. Onun baş redaktorluğu dövründə "Forbes"un oxucu auditoriyası ən yüksək həddə çatıb.
NYT vurğulayır ki, son on ildə "Forbes" jurnalı "Shook Research"in məlumatlarına və tədqiqatlarına əsaslanan çoxlu materiallar dərc edib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Avqust 2026 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri