Ford 1,74 milyon avtomobili geri çağırır
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Ford Motor Company" arxa görüntü kamerası sistemlərindəki problemlər səbəbindən təxminən 1,74 milyon avtomobili əhatə edən iki geri çağırış elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) xəbərdarlığına görə, bəzi "Ford Bronco" və "Ford Edge" avtomobillərində məlumat-əyləncə sisteminin daxili komponenti həddindən artıq qıza və sönə bilər. Bu isə geri hərəkət zamanı kamera görüntüsünün ekranda görünməməsinə səbəb olur.
Bundan əlavə, bəzi "Ford Escape", "Lincoln Corsair", "Lincoln Aviator" və "Ford Explorer" avtomobillərində arxa görüntü kamerasının təsviri tərs və ya çevrilmiş şəkildə göstərilə bilər.
Geri çağırış 849 310 ədəd “Bronco” və “Edge”, eləcə də 889 950 ədəd “Escape”, “Corsair”, “Aviator” və “Explorer” modelini əhatə edir. NHTSA hər iki nasazlığın yol-nəqliyyat hadisələri riskini artıra biləcəyi barədə xəbərdarlıq edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 08 Mart 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















