Ford Renault ilə razılığa gəldi Ucuz maşınlar istehsal edəcəklər
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin avtomobil istehsalçısı Ford Avropada Çinli avtomobillərlə rəqabət etmək üçün Renault ilə əməkdaşlığa başlayır.
Milli.Az xəbər verir ki, iki şirkət ucuz və kiçik elektrikli avtomobillər istehsal edəcək. İlk model 2028-ci ildə Fransada Renault fabriki tərəfindən hazırlanacaq.
Ford CEO-su Jim Farley bildirib ki, Çin avtomobilləri bazarı çətinləşdirir. O deyib: "Avropada vəziyyət çox aydındır. Sektorda həyatımız üçün mübarizə aparırıq."
Renault CEO-su Francois Provost əlavə edib ki, Çin avtomobilləri Avropada sürətlə yayılacaq, ona görə də əməkdaşlıq təcili və vacibdir.
Qeyd edək ki, "Ford"un Avropadakı minik avtomobilləri bazarındakı payı son illərdə azalıb. 2019-cu ildə 6,1% olan pay 2025-ci ilin ilk 10 ayında 3,3%-ə düşüb. Şirkət həmçinin Almaniyadakı Saarlouis fabrikin bağlayıb.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 09 Dekabr 2025 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















