Ford Transit Niva ilə toqquşdu: Dörd nəfər xəstəxanaya yerləşdirildi
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astara rayonunun Təxtənəkəran kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə zamanı Samid Həmidovun idarə etdiyi "Ford Transit" markalı yük avtomobili ilə Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi "Niva" markalı avtomobil toqquşub.
Toqquşmanın ardından "Ford Transit" yoldan çıxaraq aşıb.
Qəza nəticəsində "Niva"nın sürücüsü Gülağa Əliyev və avtomobildə olan üç sərnişin - 1980-ci il təvəllüdlü Rüstəm Gülağa oğlu Əliyev, 2007-ci il təvəllüdlü Elvin Fərhad oğlu Əliyev və 2008-ci il təvəllüdlü Şəhram Rüstəm oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə çatdırılıblar. Vəziyyəti ağır olan Gülağa Əliyev və Rüstəm Əliyev Reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlara dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 20 Sentyabr 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















