Icma.az
close
up
RU
Foreign Policy : TRIPP in Avrasiya geosiyasətində mühüm modelə çevriləcək

Foreign Policy : TRIPP in Avrasiya geosiyasətində mühüm modelə çevriləcək

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaşinqton-Tehran münasibətlərinin gərginləşdiyi bir zamanda, ABŞ İranın şimal qonşuları olan Ermənistan və Azərbaycanla sakitcə, lakin əhəmiyyətli dərəcədə əlaqələrini artırır.

Ölkə.az xəbər verir ki, bu barədə "Foreign Policy" yazıb.

Nəşrin yazdığına görə, Tramp administrasiyası Qafqaz bölgəsində iqtisadi əlaqələri gücləndirmək səylərinə əsaslanaraq, iki uzun müddətdir düşmən olan ölkə arasında diplomatik vasitəçilikdə fəal iştirak edib. Məqalədə qeyd olunub ki, ABŞ-ın bu səyləri ölkənin dünyadakı digər böhranların idarə olunmasına yanaşmasının, eləcə də Rusiya və Çinlə strateji rəqabətin göstəricisi ola bilər.

"Foreign Policy" yazır ki,  Trampın dəstəyi ilə 2025-ci ilin də İrəvanla Bakı arasında Vaşinqton anlaşmasının  və  Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması bölgədə proseslərin yeni mərəhləyə qədəm qoymasına səbəb oldu.

Vaşinqton anlaşmasının əsas elementlərindən biri Zəngəzurda "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırılan əsas nəqliyyat dəhlizinin yaradılması idi. ABŞ tərəfindən dəstəklənən bu infrastruktur layihəsi Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvanla avtomobil, dəmir yolu və boru kəməri marşrutları vasitəsilə birləşdirəcək. Elana görə, ABŞ ərazini 99 il ərzində inkişaf etdirmək üçün eksklüziv hüquqlar əldə edəcək və son müzakirələr ABŞ-ın TRIPP inkişaf şirkətində 74 faiz paya sahib olması, qalan payın isə Ermənistanda qalması ilə bağlı olub.

Ərazi nisbətən kiçik, cəmi 26 mil (42 km – red.) olsa da, regional əlaqə üçün əhəmiyyəti çox böyük ola bilər. Qafqaz regionu neft və təbii qaz kimi enerji ehtiyatları ilə zəngindir (Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya kimi) və mühüm tranzit mərkəzidir. Azərbaycan artıq neft və qazı Türkiyəyə və oradan Avropaya ixrac edir və bununla da Avropanın Rusiyadan enerji asılılığını şaxələndirir. Dəhliz həmçinin Mərkəzi Asiyadan nadir torpaq metalları da daxil olmaqla vacib resursların Qərb bazarlarına daşınması üçün daha qısa bir yol təmin edə bilər.

Məqalədə qeyd olunur ki, Çin həmçinin regionda öz varlığını gücləndirməyə çalışır, çünki Qafqaz və Orta Asiya Çini Avropa ilə birləşdirən Orta Dəhlizin əsas qovşaqlarıdır.

 Nəşrin yazdığına görə, bütün bunlara baxmayaraq Cənubi Qafqaz  bölgəsində maraqları olan bir çox, xüsusən də Rusiya və İran kimi  oyunçu  var ki,  onlar  ABŞ regionda dominant rolda çıxış etməsində maraqlı deyil. “Lakin ABŞ-ın Ermənistan və Azərbaycan arasında münasibətləri normallaşdırmaq və TRIPP-i irəli aparmaq səyləri Avrasiya geosiyasətində mühüm bir vasitəyə və digər bölgələrdə fəaliyyət üçün potensial modelə çevriləcək”,-nəşr yazıb.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Fevral 2026 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri