Icma.az
close
up
RU
Formula 1 Azərbaycan Qran Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

Formula 1 Azərbaycan Qran Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 sentyabr, AZƏRTAC

Bakı küçələri növbəti dəfə sürət və həyəcan dolu anlara ev sahibliyi etməyə hazırlaşır. Formula 1 Azərbaycan Qran-Prisinin başlanmasına cəmi iki gün qalmış trek ərazisində və tribunalarda son hazırlıq işləri sürətlə davam etdirilir.

AZƏRTAC-ın müxbiri Bakının mötəbər idman yarışına hazırlığı ilə yaxından tanış olub.

Şəhərin mərkəzi küçələrini əhatə edən Bakı Şəhər Halqasında təhlükəsizlik şəbəkələri, beton çəpərlər və qoruyucu baryerlər quraşdırılıb. Yol kənarlarında yarışın idarə olunması üçün nəzərdə tutulan texniki vasitələr və avadanlıqlar da hazır vəziyyətə gətirilib.

Həmçinin rəngarəng oturacaqları olan tribunaların quraşdırılma işləri tamamlanıb. Şəhərin müasir və tarixi binalarının fonunda yerləşən tribunalardan azarkeşlər bolidlərin yüksək sürətini və kəskin döngələrdəki mübarizəsini izləyə biləcəklər. Ərazidə əsas konstruksiyalar və iri monitorlar da yerləşdirilib.

Yarışın ürəyi sayılan paddok zonasında hazırlıq işləri yekunlaşmaq üzrədir. Paddok ərazisi sabahdan etibarən komandaların, pilotların və media nümayəndələrinin istifadəsinə veriləcək.

Bu il Formula 1 Azərbaycan Qran-Prisinin 10 illik yubileyi olduğunu xatırladan Bakı Şəhər Halqasının (BŞH) mətbuat katibi Arzu Hüseynova AZƏRTAC-a açıqlamasında bildirib ki, ilk dəfə 2016-cı ildə keçirilən bu yarış Formula 1 təqvimində xüsusi yer alır: “Hazırda Bakı Şəhər Halqasında son tamamlama işləri görülür. Yollar, tribunalar və paddok zonası tam hazır vəziyyətə gətirilib. Bu il paddok zonası daha müasir və yeni konsepsiyada təqdim olunur".

A.Hüseynova bu il ölkəmizə gələcək turistlərin sayında kəskin artım gözlənildiyini vurğulayıb: "Hər il olduğu kimi, bu il də ölkəmizə böyük sayda turistlərin gəlişi gözlənilir. Məsələn, ötən il bu rəqəm 14 min təşkil etmişdisə, bu il daha çox xarici qonağın gəlməsi nəzərdə tutulur. Xüsusilə Çindən, Orta Asiyadan və Qazaxıstandan böyük turist axını gözlənilir. Yüksək marağı nəzərə alaraq, son 3 ildə Bakı Şəhər Halqası ətrafında 4 yeni tribuna salınmışdı. Bu il isə 600 nəfərlik daha bir yeni tribuna istifadəyə verilib. Azarkeşlər bu tribunalardan hətta iki istiqamət üzrə yarışı canlı izləmək fürsəti əldə edəcəklər. Ümumilikdə yeni oturacaqlarla birgə 21 mindən çox azarkeş tribunadan yarışa tamaşa edə biləcək. Xatırladaq ki, 2025-ci ildə 4 gün ərzində 90 minə yaxın ziyarətçi qeydə alınmışdı, bu il də rekorda yaxın iştirak gözlənilir".

BŞH rəsmisi biletlərin satışı və 4 günlük bilet sahibləri üçün yaradılan imkanlardan da söz açıb: "Biletlərin satışına 2025-ci ilin sonundan başlanılsa da, qısa müddət ərzində tribunalardakı biletlər tamamilə tükənib, hazırda satışda çox az sayıda bilet qalıb. 4 günlük bilet sahibləri həm yarışı izləyə, həm də pit yürüşündə iştirak edə bilirlər. Eyni zamanda bulvar ərazisində böyük əyləncə zonası yaradılıb. Bilet sahibləri bu zonada istirahət edə biləcəklər. 10 illik yubiley ərəfəsində dünya ulduzları Bakıda konsert proqramları ilə çıxış edəcəklər".

Arzu Hüseynova vurğulayıb ki, Bakı trekinin mürəkkəb formada olması pilotları xüsusi sınaq qarşısında qoyur: "Bütün dünyanın diqqəti yarış ərəfəsində Azərbaycana yönəlir. Hər il yüzlərlə media nümayəndəsi ölkəmizə gəlir. Onlar yarışı işıqlandırmaqla yanaşı, Bakının görməli yerləri ilə tanış olur, çəkilişlər aparırlar. Bu yarış yalnız idman tədbiri kimi deyil, eyni zamanda ölkəmizin və şəhərimizin dünyada təbliği və tanınması üçün mühüm platformadır".

Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada dünyanın ən məşhur pilotları yarışacaqlar. Yarış dünya ulduzlarının Kristal zalında təşkil olunacaq konsertləri ilə davam edəcək. Sentyabrın 25-də dünyaşöhrətli ifaçı Kati Perri səhnə olacaq. Qlobal musiqi səhnəsinin ən parlaq və nüfuzlu simalarından biri olan sənətçi xüsusi gecədə minlərlə Formula 1 azarkeşinə unudulmaz şou təqdim edəcək. Konsert proqramında dünyaşöhrətli DJ və prodüser Kalvin Harris də çıxış edəcək. Yarışa sentyabrın 26-da yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see391

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see332

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see328

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see299

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see299

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see283

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see280

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see272

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see264

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see263

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see260

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see250

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see247

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see242

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see237

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see237

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see222

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see220
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri