Formula 1 Bakıdakı ünvanını dəyişə bilər?
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Formula 1 illərdir Bakıda keçirilir və ölkənin turizm brendinin əsas hissəsinə çevrilib. Sentyabrda keçirilən yarış hər il minlərlə turisti paytaxta cəlb edir.
Yarışların Azərbaycan turizminə təsirləri barədə iqtisadçı Natiq Cəfərli Modern.az-a danışıb. O qeyd edib ki, bu yarışın 500 milyonluq auditoriyası var və Bakıda keçirilməsi çox cəlbedicidir.
"Formula 1 yarışları dünyada en çox izlənən 5 idman yarışı içərisindədir. Yəni 500 milyonluq TV auditoriyası var. Yəni şəhərin tanıtımı çox gözəl həyata keçirilir. Ancaq bunun ardı gəlməlidir, turizmin inkişafı üçün digər addımlar da atılmalıdır. Amma indiki şəraitdə, yəni quru yollarının bağlı olduğu şəraitdə, ölkədə turizm infrastrukturunun zəif inkişaf elədiyi dönəmdə bu addımların atılması çətin görünür."
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı isə Bakı şəhərinin Formula 1 üçün lazım olan bütün infrastruktura mali olduğunu diqqətə çatdırıb. O, Foruma 1 yarışlarının Bakıdan kənarda keçirilməsi ehtimallarına da münasibət bildirib.
"Bakı şəhəri konkret Formula 1 trekidir. Bu trekə uyğun ola biləcək ərazimiz inanmıram ki, hal-hazırda mümkün olsun. Çünki bu bizim istəyimizdən asılı deyil, Formula 1-in özünün beynəlxalq qaydaları var və bu qaydalara uyğun trek seçilir. Yaxın vaxtda Emin Ağalarov Sea Breeze-də Formula 1-in keçirilməsi ilə bağlı çıxış etmişdi. Ola bilər ki, gələcəkdə orada belə bir sistem qurulsun, yönləndirilisin, həmin ərazidə keçirilsin. Ancaq əvvəl infrastruktur qurulmalıdır. İşğaldan azad olunmuş ərazilərdə isə dövlətimiz digər vacib işlərlə məşğuldur. Formula 1-i həmin ərazilərdə keçirmək üçün tamam başqa infrastruktur qurmaq lazımdır. Onu buralarda yaratmaq elə də asan məsələ deyil."
Lamiyə Cənnətzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 15 Sentyabr 2026 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















