Formula 1 də Prezident və xanımı ilə şəkil çəkdirən ailə kimdir? VİDEO KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, sentyabrın 26-da Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. Yarış günü diqqətçəkən məqamlardan biri də Prezidentin və Birinci vitse-prezidentin sosial media hesablarında qonaqlarla çəkilən səmimi fotoları olub. Bu fotolardan birində yer alan gənc ailə xüsusilə maraq doğulub.
KONKRET.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, şəkildəkilər Özbəkistanın məşhur blogeri Ofeliya Muradova, onun həyat yoldaşı və qızı Niyardır. Ailə qurmazdan əvvəl daha aktiv bloqerliklə məşğul olan Ofeliya həyat yoldaşının kimliyini mediadan gizlədir. O, daha çox London, Daşkənd və Bakıdan hazırladığı səyahət videoları ilə məşhurdur. Hazırda o, əsasən, Bakıda yaşayır. 29 yaşlı Ofeliyanın həyat yoldaşının elə həmin yarışda Özbəkistan Prezidentinin qızı Şahnaz Mirzoyevanın həyat yoldaşı Otabek Umarovla da səmimi fotoları lentə alınıb.
Qeyd edək ki, Ofeliya 2014-cü ildən bloqerlik edir. Lakin o, ailə qurduqdan sonra – artıq 3 ildir ki, paylaşımlarında özünün və azyaşlı qızının üzünü gizlədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 29 Sentyabr 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















