Formula 1 həftəsində xarici media Azərbaycan irsi ilə tanış olub
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Sentyabrın 23-də Azərbaycan Qran-Prisinin yubiley yarışı ərəfəsində xarici media nümayəndələri üçün ənənəvi media turu təşkil olunub.
“XQ” xəbər verir ki, “Sky Sports F1”, “Sinxua” xəbər agentliyi, “Reuters Photo”, “Formula 1 Italy”, “Kazinform”, “Car Magazine Brasil” və digər beynəlxalq media qurumlarının nümayəndələrinin iştirak etdiyi tur zamanı jurnalistlər Azərbaycanın zəngin mədəni irsi və ənənəvi xalçaçılıq sənəti ilə tanış olublar.
Azərbaycan Milli Xalça Muzeyində keçirilən turda jurnalistlər xalçaçılığın tarixi, müxtəlif xalça məktəblərinin özünəməxsus xüsusiyyətləri, naxış, rəng və kompozisiya ənənələri barədə məlumat əldə ediblər.
Proqramın xüsusi hissəsi xalçaçılıq üzrə master-klass olub. Media nümayəndələri xalça ustalarının iş prosesini izləyib, ənənəvi toxuculuq texnikasını özləri də sınayıblar. Hazırladıqları xalça nümunələrini isə Bakıdan xatirə aparıblar.
Bu mövsüm Bakı yarışını işıqlandırmaq üçün şəhərə gələn xarici jurnalistlərin Bakının yalnız Formula 1 yarışı ilə deyil, zəngin mədəniyyəti, tarixi və milli irsi ilə də yaxından tanış olmağa göstərdikləri maraq diqqət çəkir. Şəhərin fərqli simasını kəşf etmək, yerli mədəniyyətlə daha yaxından tanış olmaq və bu təəssüratları öz ölkələrində bölüşmək onların Bakı səfərlərinin diqqətçəkən məqamlarından birinə çevrilir.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin yubiley yarışı 24–26 sentyabr tarixlərində keçiriləcək.
Tacir SADIQOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 23 Sentyabr 2026 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















