Formula 1 Qran prisinin təşkilatçısı böyük korrupsiya işi üzrə özünü təqsirli bildi
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Sinqapurlu milyarder, "Fomula-1" Qran-prisinin tanınmış promouteri və daşınmaz əmlak sahəsində nüfuzlu maqnat Onq Benq Senq böyük korrupsiya işi üzrə təqsirini rəsmən etiraf edib.
Oxu.Az "Channel News Asia"ya istinadla xəbər verir ki, sözügedən iş Sinqapurda son onilliklər ərzində ən böyük korrupsiya qalmaqalıdır.
79 yaşlı iş adamı yükksəkvəzifəli məmuru pulla ələ aldığını etiraf edib. Söhbət keçmiş nəqliyyat naziri Subramanyam İsvaran üçün Dohadan Sinqapura biznes-sinifdə uçuşun pulunun ödənilməsindən gedir.
İstintaq həmçinin milyarderin özünə qarşı dövlət məmurunu korrupsiya əməllərinə sövq etmək və ədalət mühakiməsinə mane olmaqda ittiham edib.
Onu yeddi ilə qədər həbs və xeyli miqdarda cərimə gözləyir. İş üzrə yekun qərar avqustun 15-də veriləcək.
Xatırladaq ki, İsvaran 2024-cü ildə Onq Benq Senqdan bahalı hədiyyələr şəklində rüşvət aldığı üçün 12 ay həbs cəzasına məhkum edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 05 Avqust 2025 01:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















