Formula 1 ulduzu xərçəng xəstəsi uşaqların xeyrinə səfir oldu
Icma.az, Avtosfer saytına istinadən bildirir.
"Formula-1"in avstraliyalı sürücüsü, "McLaren" komandasının üzvü Oskar Piastri uşaq xərçəngi ilə mübarizə aparan xəstələrə dəstək göstərən "My Room" xeyriyyə fondunun səfiri olub.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu barədə pilot özünün sosial media hesabında xəbər verib.
Piastri bildirib ki, bu il Avstraliya Qran-prisində fond vasitəsilə xərçəngdən əziyyət çəkən Kruz adlı uşaqla tanış olub:
"Komandam Kruzu yaxından izləyirdi və mən xeyriyyəçiliyin mahiyyətini, uşaqlara necə dəstək verdiklərini daha yaxşı anladım. Hər hansı bir xərçəng çox dağıdıcıdır, xüsusən də uşaqlar üçün. Ona görə də qürurla elan edirəm ki, "My Room" fondunun səfiri olacağam. Əlimizdən gəldiyi qədər çox vəsait toplamaq, bu xəstəliklə bağlı maarifləndirmə aparmaq və uşaqlara mənəvi dəstək vermək üçün işləməyə başlayıram".
Sürücü təşəbbüsünə dəstək verən hər kəsə təşəkkür edib.
Baxış sayı:71
Bu xəbər 15 Avqust 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















