Icma.az
close
up
RU
“Fotokompozisiya” kitabı təkrar nəşr olunub AZƏRTAC

“Fotokompozisiya” kitabı təkrar nəşr olunub AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə “Fotokompozisiya” kitabı təkrar nəşr olunub.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın tanınmış foto mütəxəssisləri Əməkdar incəsənət xadimi, kinooperator Rafael Qəmbərov və Əməkdar incəsənət xadimi, kinooperator Amin Novruzovun birgə araşdırması olan, doqquz fəsildən ibarət “Fotokompozisiya” kitabı tədqiqat əsəri olmaqla yanaşı, bütövlükdə foto sənəti və bu sənətin Azərbaycanda keçdiyi tarixi inkişaf yolundan bəhs edir.

Kitabı indiyə qədər mövcud olan nəşrlərdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, problemə kompleks halda yanaşılıb və mövzu geniş formada təhlil olunub. Bundan başqa, kitabda fotoqrafiya sənətinin və onun texniki vasitələrinin təfərrüatlarından və xüsusiyyətlərindən bəhs edilməklə yanaşı, bu sənətlə maraqlanan gənclərə dəyərli tövsiyələr də verir.

Fotoqrafiya terminlərinin Azərbaycan və rus dillərində lüğət kimi kitaba daxil edilməsi kino sahəsində terminoloji lüğətçiliyinin inkişafı cəhətdən çox mühümdür və bu önəmli yenilik sayılır. Bundan başqa, “Fotokompozisiya”da Azərbaycan fotoqraflarının müxtəlif nəsillərinin, eləcə də dünyanın tanınmış sənətkarlarının çəkdiyi dəyərli fotoəsərlərin kitabda yer alan nümunələri, nəzəri hissələri qavramağa yardım edəcək vasitə kimi də diqqəti cəlb edir.

Kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik, Milli Məclis sədrinin müavini Rafael Hüseynov qeyd edir ki, “Fotokompozisiya” kitabı ilk ciddi təşəbbüsdür və foto sənəti aləminə tərəddüdsüz bir “qızıl açar” kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, kino mütəxəssisləri, müvafiq ixtisas təhsili verən müəssisələrin tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elmi Şurasının qərarı ilə təsdiq edilərək Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilib.

Kitabın təkrar nəşri çoxsaylı oxucuların istəyinə əsasən həyata keçirilib. Təkrar nəşrə məsul Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, rejissor Əli İsa Cabbarov, naşir Ələddin Əsədzadə, rəyçilər -Azərbaycan Rəssamlar İttifaqının birinci katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Professional Kinorejissorlar Gildiyası İdarə Heyətinin sədri, rejissor Hüseyn Mehdiyev, Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotoinformasiya redaksiyasının baş redaktoru Vüqar Əmrullayev, Azərbaycan Fotoqraflar İctimai Birliyi İdarə Heyətinin sədri Mirnaib Həsənoğludur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri