Icma.az
close
up
RU
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi

Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun Göyşaban kəndindən keçən hissəsində, yol kənarında fəaliyyət göstərən "Mandarin" hotelinə silahlı basqın edilib.

Moderator.az Xitab24.az-a istinadən xəbər verir ki, bıçaqla hotelə basqın edən şəxs orada xadimə işləyən Kəmalə Həsənovadan və qeydiyyatçı vəzifəsində çalışan qızı Minayə Həsənovadan üzərlərindəki qızıl-zinət əşyalarını tələb edib.

Quldurluq yolu ilə qadınlara məxsus ümumilikdə 5 100 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirən şəxs hadisə yerindən uzaqlaşıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, quldurluq hadisəsini törədən şəxs elə "Mandarin" hotelinin icarədarı Xalıq Cahangirov imiş.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstana qaçmağa cəhd edərkən saxlanılıb.

X.Cahangirova qarşı Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddələri ilə ittiham irəli sürülüb. Onun basqın zamanı istifadə etdiyi maska, əlcək və digər ləvazimatlar yaxınlıqdakı tikilinin ərazisində aşkarlanıb.

Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən cinayəti külli miqdarda borcu olduğu üçün törətdiyini bildirib. Onun ailəsi tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Cahangirov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, "Mandarin" hotelinin sahibi Rövşən İsgəndərovdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Noyabr 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri