Icma.az
close
up
RU
Frank Şvabe yenə sərsəmlədi: “Onu da Menendezin aqibəti gözləyir…”

Frank Şvabe yenə sərsəmlədi: “Onu da Menendezin aqibəti gözləyir…”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabe növbəti dəfə ölkəmiz əleyhinə absurd ittihamlar irəli sürüb. 

O, “Azadlıq Radiosu”na müsahibəsində Azərbaycanda insan haqları ilə bağlı əsassız fikirlər səsləndirib. Şvabe müsahibədə həm də Azərbaycan Milli Məclisində real müxalifət partiyalarının olmadığını iddia edib. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Frank Şvabe artıq neçənci dəfədir belə absurd açıqlamaları ilə gündəmə gəlir:

“Əslində, onun sözləri nə diplomatik etiketə, nə də onun statusuna yaraşır. Bu “siyasətçi” hər zaman Azərbaycana düşmən mövqeyi ilə seçilib. O, həmişə erməni lobbisinin “çirkli pulları”ndan yararlanaraq ölkəmizə qarşı şər və böhtan kampaniyası aparıb. Bu da Şvabenin növbəti belə qərəzli yanaşmasıdır.

Əlbəttə ki, onun sözləri həqiqəti əks etdirmir. Frank Şvabe və onun kimilər heç bir halda Azərbaycanda demokratiyanın və insan hüquqlarının mövcudluğu ilə bağlı nədəsə narahat deyillər. Onları narahat edən Azərbaycanın güclənməsi, öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir. Ölkəmizin bu gün regionda söz və güc sahibinə çevrilməsini həzm edə bilmirlər”. 

Millət vəkili vurğulayıb ki, Azərbaycan parlamentində köklü müxalif partiyalar təmsil olunur: 

“Milli Məclisdə hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası (YAP) üstünlük təşkil edir. Həmçinin, parlamentdə hakimiyyətə yaxınlığını birbaşa elan edən partiyalar da var. 

Lakin eyni zamanda, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası, Böyük Quruluş Partiyası, Böyük Azərbaycan Partiyası (BAP) kimi çox sayda köklü müxalif partiyalar da Milli Məclisdə təmsil olunur. Hesab edirəm ki, bu partiyaları təmsil edən deputatlar tərəfindən ölkə miqyasında olan məsələlərə ədalətli mövqe sərgilənməkdir”. 

Arzuxan Əlizadə diqqətə çatdırıb ki, Frank Şvabe kimi “siyasətçi” deputatlarla təmasda olmayıb və onların mövqelərini öyrənməyib: 

“O, kimlərin və ya hansısa dairələrin maraqlarına xidmət edərək bu tipdə açıqlamalar verir. Bu isə onun qərəzli olduğunu göstərir. Frank Şvabeni də gələcəkdə Bob Menendez və digərləri kimi aqibət gözləyəcək. Əslində, çirkab burulğanında olan belə “siyasətçilər” bu cür açıqlamalar verməklə öz gələcəkləri üçün problem yaratdıqlarının fərqində olmalıdırlar”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Frank Şvabe Arzuxan Əlizadə Azərbaycan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Aprel 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri