Fransa hökuməti xərcləri azaltmaq və vergiləri artırmaq üçün 53 milyard avroluq tədbirlər hazırlayır
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif:Ayşən İmanova/Banco.az
Fransa hökuməti xərclərin azaldılması və vergilərin artırılması üçün 53 milyard avro məbləğində tədbirlər hazırlayır.
Banco.az xəbər verir ki, bu barədə ölkənin büdcə məsələləri üzrə naziri Ameli de Monşalen TF1 telekanalına müsahibəsində bildirib.
Qeyd olunub ki, müzakirə olunan paket 32 milyard avro məbləğində büdcə qənaətinə nail olmağa imkan verəcək addımları, həmçinin vergi gəlirləri şəklində əlavə 21 milyard avro cəlb etməyi əhatə edəcək.
Nazir 2025-ci il üçün büdcə razılaşmasının yanvarın sonuna qədər əldə olunacağını hesab edir.
"Bu büdcədə biz dövlət xərclərini azaltmaq üçün tarixi cəhd edəcəyik. Biz orta və işçi sinif üçün vergiləri artırmaq niyyətində deyilik", - deyə o əlavə edib.
Monşalen qeyd edib ki, hazırkı hökumət 2025-ci ildə Fransada inflyasiyanın 1,4% təşkil edəcəyini gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 16 Yanvar 2025 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















