Icma.az
close
up
RU
Fransa Afrika və Asiyada törətdiyi hadisələri demokratiyanı yaymaq hesab edirsə, Azərbaycana belə demokratiya lazım deyil

Fransa Afrika və Asiyada törətdiyi hadisələri demokratiyanı yaymaq hesab edirsə, Azərbaycana belə demokratiya lazım deyil

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 may, Rabil Kətanov, AZƏRTAC

XX əsrin ikinci yarısında Afrika dövlətləri Fransa kolonializminə son verərək müstəqil olsalar da iqtisadi asılılıqdan canlarını tam qurtara bilmədilər. 1960-cı ildən başlayaraq Fransa Afrikada yeni siyasi xəttini müəyyənləşdirdi. Rəsmi Parisin Afrikaya qarşı yürütdüyü yeni siyasətin əsasında iqtisadi əlaqələrin davamını təmin etmək və yeni təsir vasitələri yaratmaq dayanırdı. Yeni siyasət həmin dövrün Fransa mətbuatında Frans-Afrika (France-Afrique) adlandırılırdı.

Fransanın Afrika siyasəti dünya birliyi tərəfindən kəskin tənqid edildikdən sonra 2020-2023-cü illər ərzində bir sıra dövlətlərdə iğtişaşlar başladı və Fransanın hərbi hissələri ölkələrdən çıxarıldı. 2022-ci ildə Prezident Emmanuel Makron keçmiş koloniyalara səfər edərək əhalini sakitləşdirməyə çalışsa da qovularaq Fransaya qayıtdı və rəsmi Parisin neytrallığını elan etdi. Guya iğtişaşlar həmin dövlətlərin daxili işidir və Fransa heç bir dövlətin daxili işinə “qarışmır”. Neytrallığını elan edən Fransa iqtisadi nəzarəti qətiyyən əldən vermək niyyətində deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, koloniya dövründə 14 Afrika dövlətinin 85 faiz qızıl və valyuta ehtiyatı Fransa Mərkəzi Bankında saxlanılır və dövlət büdcəsinə ildə 500 milyard dollar gəlir gətirir. Koloniya dövlətlərindən əldə edilən maliyyə vəsaiti Fransa dövlət büdcəsinin 40 faizini təşkil edir.

Bu gün Benin, Burkino-Faso, Qvinei-Bisau, Fil Dişi Sahili, Mali, Niger, Seneqal, Toqo, Kamerun, Çad, Qabon, Konqo və başqa dövlətlərin də ehtiyat maliyyə aktivləri Fransanın nəzarətindədir. Fransa senatının qəbul etdiyi qanuna əsasən adı yuxarıda çəkilən dövlətlər il ərzində öz ehtiyatlarının yalnız 15 faizindən istifadə edə bilərlər. Əsası 1950-ci illərdə yaradılmış bu sistem indi də davam edir. Bununla razılaşmayanlar isə çox pis nəticələrlə qarşılaşmalı olublar. Məsələn, 1958-ci ildə Qvineinin ilk Prezidenti Əhməd Seku Ture referendum keçirərək ölkənin Fransa koloniyasından çıxdığını və müstəqil siyasət yürüdəcəyini bəyan etdi. Ölkəni tərk edən fransalı iş adamları Parisin göstərişi ilə uşaq bağcasından tutmuş iri dövlət şirkətlərinə kimi bütün müəssisələri dağıtdılar. Hətta kənd yerlərində ev heyvanları da öldürülür, xəstəxanalarda dərman tapılmırdı. Bununla da ölkədə kütləvi etirazlar başladı ki, digər dövlətlər də qorxaraq müstəqilliyə doğru addım atmasınlar.

Toqo Prezidenti Silvanus Olimpio 1963-cü ildə şərtlərin ağırlığına görə Fransa Prezidenti Şarl de-Qoll ilə hərbi və iqtisadi sahələrdə əməkdaşlıq haqqında sənədə imza atmaqdan imtina etdi. Elə həmin ilin dekabrında Fransada təhsil alan Eten Qnassinq adlı zabit tərəfindən qətlə yetirildi.

1962-ci ildə Malinin Prezidenti Modibo Keyta Fransanın tətbiq etdiyi vahid valyutanı ölkəsində dövriyyəyə buraxmaqdan imtina etdiyi üçün Fransa legionunda xidmət etmiş Mussa Traora adlı zabit tərəfindən qətlə yetirildi. 1966-cı ildə Mərkəzi Afrika Respublikasında, Burkino-Fassoda, 1972-ci ildə Benində baş verən dövlət çevrilişləri Parisin planı əsasında Fransa legionunda xidmət edən zabitlər tərəfindən həyata keçirildi. 2008-ci ildə Afrika dövlətlərində baş verən iğtişaşlara münasibət bildirən Prezident Jak-Şirak jurnalistlərin suallarına cavab verərək bildirdi ki, “Afrikasız Fransa dünyanın üçüncü dövlətləri sırasına düşəcək”. 1957-ci ildə Prezident Fransua Mitteran yenə də jurnalistlərə bildirdi ki, “XXI əsrdə Afrikasız Fransa olmayacaq”.

Bu gün Qərb mətbuatı Afrika dövlətlərinin rəhbərlərini diktatura rejimi qurmaqda və Avropa dövlətləri ilə korrupsiya əlaqələrində ittiham edirlər. Lakin məsələnin mahiyyəti ondan ibarətdir ki, 1960-cı illərdə Fransa müsəmləkəçiliyinə qarşı çıxaraq müstəqillik əldə edən Afrika dövlətləri Fransa ilə qarşılıqlı əməkdaşlıq haqqında müqaviləni imzalamağa məcbur ediliblər.

Seneqal Prezidenti Leopold Sedar Senqor 1958-ci ildə müstəqillik qazanmış digər Afrika dövlətlərinin başına gələnlərdən qorxaraq bəyan etdi ki, “Seneqal xalqı müstəqillk yolunu, yalnız Fransa ilə dostluq və əməkdaşlıq çərçivəsində seçir”.

Fil Dişi Sahili isə müstəqillikdən sonra 450 hərbçinin ölkədə qalmasına razılıq verdi. Sonradan isə bu ölkədə daha böyük hərbi hissə yaradıldı. 2006-cı ildə Fil Dişi Sahilində Fransa istismarçılığına qarşı kütləvi aksiyalar keçiriləndə Fransa ordusunun zabitləri Abican şəhərində 65 nəfəri güllələyərək öldürdü, 1200 nəfər isə güllə yarası aldı.

2013-cü ildə Mali xalqı Fransanın oyuncağı olan hökumətə qarşı kütləvi aksiya keçirərkən ölkədəki Fransa hərbçilərinin müqaviməti ilə qarşılaşdılar. Fransanın hərbi hava qüvvələri ölkənin paytaxtı Bomoko ilə yanaşı Sevare, Kona, Mopti şəhərlərini də bombardman etdilər. Nəticədə yüzlərlə qoca, qadın və uşaq həlak oldu. Beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatı “Human Rights Watch” yalnız 10 nəfərin öldüyünü bildirdi. Haiti isə 1804-cü ildən 1947-ci ilə kimi Fransaya 21 milyard dollar həcmində vergi ödəməyə məcbur edildi.

Fransa koloniyasında olan Afrikada ölkələrinin dövlət və hökumət strukturlarına yerləşdirilən cəsusların fəaliyyətinin nəticəsində bu ölkələrdə asanlıqla dövlət çevrilişləri həyata keçirilirdi.

Fransa xüsusi xidmət orqanlarının 2010-2015-ci illər ərzində Afrikada həyata keçirdikləri “Barxan”, “Sevral”, “Harmattan”, “Boali”, “Sanqaris” kod adları altındakı əməliyyatlar barəsində Qərb mətbuatı vaxtilə çoxsaylı materiallar dərc edib.

Fransanın Hind-Çində törətdiyi hərbi cinayətlər isə tamamilə başqa bir mövzudur. Fransa ordusunun Hind-Çin regionundakı komandanının siyasi məsələlər üzrə müşaviri Paul Myus memuralarında yazırdı ki, 1885-ci ildə Vyetnam tam olaraq Fransanın koloniyasına çevrildi və 3 yerə bölündü. Koxinxion bölgəsi Fransanın Ticarət və Koloniyalar Nazirliyinə, Annam və Tonkin isə Xarici İşlər Nazirliyinə tabe edildi. Bu bölgələrə müxtəlif hüquqi status verilmişdi. Ağır istismara dözməyən vyetnamlılar 1930-cu ildə üsyana qalxdılar. Üsyan Fransa ordusu tərəfindən çox qəddarlıqla yatırıldı. Hanoy şəhəri bombardman olundu, Koam kəndinin sakinləri üsyançılara dəstək verdiklərinə görə kənd yerlə-yeksan edildi.

ABŞ tədqiqatçısı Stoun Tennessonun 2010-cu ildə Kaliforniya Universitetində nəşr etdirdiyi “Vyetnam 1946: Müharibə necə başladı” adlı kitabında Fransa ordusunun Vyetnamda törətdiyi vəhşiliklər faktlarla göstərilib. Kitabda qeyd olunub ki, koloniya dövründə Vyetnamda 300 min adam qətlə yetirilib.

İstismarçı bir tarixə malik olan Fransanın bu gün Azərbaycana qarşı tutduğu qeyri-konstruktiv mövqe heç də onun demokratik dəyərləri dünyaya yaymaq istəyindən irəli gəlmir. Afrika və Asiyada törətdiyi hadisələri demokratiyanı yaymaq hesab edilirsə, Azərbaycana belə demokratiya lazım deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri