Fransa Azərbaycan münasibətləri çox yaxşı səviyyədədir Səfir
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycan və Fransa arasında iqtisadi, mədəni və elmi sahələrdə çox yaxşı və geniş əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq çərçivəsində bir çox uğurlar əldə olunub".
Bu barədə 525.az-a Fransanın Azərbaycandakı səfiri Sofi Laqut deyib.
O bildirib ki, prezidentlər yaxın zamanda telefon danışığı aparıblar və hər iki tərəf bu istiqamətdə irəliləmək iradəsini təsdiqləyib.
"Ümid edirəm ki, yaxın gələcəkdə ölkələrimiz arasında daha sıx əlaqələr qurulacaq.
İqtisadi sahədə əməkdaşlıq üçün böyük imkanlar var. Bununla yanaşı, Fransada təhsil alan çoxlu azərbaycanlı tələbə var və düşünürəm ki, universitetlərimiz arasında əməkdaşlığı daha da dərinləşdirə bilərik. Həmçinin Paris və Bakı kimi şəhərlər arasında əlaqələri gücləndirmək mümkündür. Musiqi, mətbəx, kino və mədəniyyət sahələrində də paylaşacağımız çox şey var. Ümumilikdə, əməkdaşlıq üçün geniş imkanlar mövcuddur".
Səfir əlavə edib ki,
fransız sənətçilərin Azərbaycanda keçirilən böyük festivallarda iştirak etməsi istiqamətində çalışırıq. Bu, qarşıdakı aylar üçün nəzərdə tutulan proqramın bir hissəsidir.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 06 İyun 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















