Icma.az
close
up
RU
Fransa casusunun məhkəməsinə bəzi şahidlər MƏCBURİ gətiriləcək

Fransa casusunun məhkəməsinə bəzi şahidlər MƏCBURİ gətiriləcək

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa dövlətinə casusluq etməkdə şübhəli bilinən Martin Ryan və dövlətə xəyanət maddəsi ilə ittiham olunan Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə növbəti məhkəmə dinləməsi baş tutub.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda prokuror iş materiallarında adı hallanan, lakin prosesdə iştirak etməyən şahidlərin məhkəməyə çağırılmasını xahiş edib.
Dövlət ittihamçısı vurğulayıb ki, həmin şəxslərin dindirilməsi işin gedişatı üçün mühüm əhəmiyyət daşıyır.
Müdafiəçilər bu vəsatətə qarşı çıxmayıblar.
Məhkəmə heyəti qaldırılan vəsatəti təmin edib və şahid ifadələrinin alınması məqsədilə növbəti iclas mart ayının 16-na təyin edilib.
 

İttiham aktında qeyd olunur ki, Martin Ryanın fəaliyyətinə dair bir sıra əsaslı şübhələr mövcuddur. Buraya Azərbaycan Respublikasında istehsal olunan hərbi təyinatlı məhsullar, 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun komplektləşdirilməsi, hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış hərbçilərin, eləcə də xaricdə fransız dilində təhsil almış şəxslərin əməkdaşlığa cəlb edilməsi imkanları daxildir.


Həmçinin, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və şirkətləri, Fransa xüsusi xidmət orqanlarının tapşırığı əsasında Azərbaycan vasitəsilə üçüncü ölkələrə gizli maliyyə vəsaitlərinin köçürülməsi yolları, Böyük Britaniya, Türkiyə, Pakistan, İran, Çin, İsrail, Mərkəzi Asiya ölkələri və digər dövlətlərlə Azərbaycan arasındakı əlaqələr, hərbi əməkdaşlıq planları və ölkəyə gətirilən silah-sursat haqqında məlumatların toplanması barədə tapşırıqlar alması da ittihamda yer alıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü ilin dekabr ayının 4-də saxlanılıblar.
DTX tərəfindən "Merkorama" MMC-nin rəhbəri Martin Ryana qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama əsasən, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb etmiş və sonradan Bakıdan "persona non-grata" elan edilərək çıxarılmış Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) əməkdaşları tərəfindən agent qismində istifadə olunub. Sözügedən cinayət işi çərçivəsində Martin Ryanla bərabər, Azərbaycan vətəndaşı Azad Məmmədliyə də Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham verilib. (Oxu.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Fevral 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri