Fransa daha bir ölkə ilə hərbi təlim keçirdi
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa və İsveç noyabrın 16-dan 18-dək İsveçin şimalında hava çəkindirməsi sahəsində strateji əməkdaşlığa həsr olunmuş ilk birgə hərbi təlim keçirib.
Axar.az xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr və Veteranlar Nazirliyi məlumat yayıb.
“EXCALIBUR” adlanan təlimdə Fransa “Rafale” və İsveç “Qripen” qırıcıları, həmçinin MRTT yanacaqdaşıyan təyyarəsi iştirak edib. Təlim zamanı nüvə silahından istifadə olunmayıb.
Fransa Müdafiə Nazirliyinin məlumatına görə, təlim iki ölkənin Strateji Hava Qüvvələri ilə İsveç Hərbi Hava Qüvvələri arasında qarşılıqlı fəaliyyət imkanlarını gücləndirmək, birgə əməliyyatların həyata keçirilməsi qabiliyyətini artırmaq məqsədi daşıyıb. Təlimin heç bir ölkəyə qarşı yönəlmədiyi və nüvə silahının tətbiqini nəzərdə tutmadığı bildirilib.
Qeyd edək ki, Fransa Misirlə də Aralıq dənizində “Kleopatra 2026” adlı birgə hərbi-dəniz təliminə başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 21 Noyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















