10 ölkə İnfantinoya dəstək verdi
Qol.az saytına istinadən Icma.az xəbər verir.
Cənubi Amerika Futbol Konfederasiyasına (CONMEBOL) üzv olan 10 ölkə FİFA prezidenti vəzifəsinə seçkilərdə Canni İnfantinonun namizədliyini dəstəkləyib.
QOL.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
FİFA prezidentinin seçkisi 2027-ci il martın 18-də Mərakeşin Rabat şəhərində keçiriləcək konqresdə baş tutacaq.
CONMEBOL-un bəyanatında bildirilib ki, üzv ölkələr İnfantinonun namizədliyinə dəstəklərini bir daha təsdiqləyiblər. Bu qərarın onun liderlik keyfiyyətlərinin və futbol sahəsində həyata keçirdiyi müsbət dəyişikliklərin etirafı olduğu vurğulanıb.
Qeyd edək ki, İnfantinodan başqa, Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo və Yaponiya Futbol Assosiasiyasının sabiq rəhbəri Kozo Taşima da bu vəzifəyə namizəddirlər.
Xatırladaq ki, daha əvvəl UEFA, Asiya Futbol Konfederasiyası və CONCACAF FİFA-nın kommersiya fəaliyyətinə özəl investorların cəlb edilməsi təklifinə qarşı çıxmışdı. Tənqidlər və turnirləri boykot etmək təhdidlərindən sonra qurum bu plandan imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 21 Noyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















