"Artıq hədəfimiz çempionluqdur" Video
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri Birinci Liqanın 8-ci turunda "Şahdağ Qusar"la heç-heçə etdikləri (0:0) oyundan sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis qarşılaşmanın çətin keçəcəyini əvvəlcədən bildiklərini və rəqibi ətraflı təhlil etdiklərini deyib:
“Rəqibin əsasən uzun toplardan və düşən toplardan istifadə etdiyini bilirdik. "Şahdağ Qusar"ı yaxşı analiz etmişdik. İki fərqli hissədə oynadıq. Şükürlər olsun ki, futbolçularım istədiklərimin 70-80 faizini meydanda reallaşdıra bildilər. Daha yaxşı nəticə üçün taktiki və fiziki hazırlıq üzərində işləməyə davam edəcəyik”.
Baş məşqçi qələbə üçün nə çatmadığı ilə bağlı suala da cavab verib: “Bu, elə oyun idi ki, kim qol vursaydı, qalib gələcəkdi. Çempionatın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. Rəqibin həm fiziki, həm də taktiki durumu yaxşıdır. Belə komandaya qarşı həm hücumda, həm də müdafiədə mübarizə aparmaq çətindir”.
Baş məşqçi azarkeşlərə də təşəkkür edib və onların dəstəyinin komanda üçün vacib olduğunu vurğulayıb. O, mövsümün sonunda Premyer Liqaya yüksəlmək hədəflərindən də danışıb, həmçinin qış fasiləsində heyəti gücləndirməyi planlaşdırdıqlarını bildirib:
“Futboldur, mən hər zaman futbolçularıma inanmışam və güvənmişəm. Niyə də olmasın? İnşallah, qışda 3-4 transfer edərək istədiyimiz mövqeləri gücləndirəcəyik. Hər mövqedə iki futbolçumuzun olmasını istəyirik. Komanda yarananda hədəfimiz ilk altılıqda, beşlikdə yer almaq idi. Amma artıq hədəfimiz çempionluqdur. Ümid edirəm ki, yaxşı transferlər edərək çempionluq uğrunda mübarizə aparacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 21 Noyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















