Icma.az
close
up
RU
Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür Abbasov

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür Abbasov

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Təşəbbüs Qrupu olaraq Fransa Senatının Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd etməsini qətiyyətlə pisləyirik. Bu qərar Fransa siyasi dairələrində hələ də hökm sürən müstəmləkəçi təfəkkürün, Korsika xalqının iradəsinə göstərilən açıq hörmətsizliyin və rəsmi Parisin Xalqların öz müqəddəratını təyin etmək hüququ haqqında bəyanatları ilə faktiki siyasəti arasındakı dərin uçurumun növbəti təzahürüdür.

Axar.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov Fransa Senatının Korsikanın muxtariyyətinə dair konstitusiya islahatını rədd etməsi ilə bağlı mətbuata açıqlamasında deyib.

“2026-cı il oktyabrın 26-sı Fransa senatında baş verənlər bir daha göstərdi ki, Makron rejimi Korsika xalqının öz siyasi gələcəyini müəyyənləşdirmək, milli kimliyini qorumaq və öz torpağında özünüidarə hüququna sahib olmaq istəyini qəbul etmək istəmir.

Dörd ildən artıq davam edən siyasi danışıqların, əldə olunmuş razılaşmaların və Korsikanın demokratik yolla seçilmiş nümayəndələrinin ifadə etdiyi iradənin bu şəkildə heçə sayılması qəbuledilməzdir. Xüsusilə, korsikalıların özünəməxsus tarixi, dil və mədəni kimliyinin, eləcə də doğma torpaqları ilə xüsusi bağlılığının tanınmasını nəzərdə tutan müddəaların qanun layihəsindən çıxarılması Fransa siyasi elitasının Korsika xalqının kollektiv kimliyini tanımaqdan nə dərəcədə çəkindiyini nümayiş etdirir.

Fransa bir tərəfdən dünyaya demokratiya, insan hüquqları və xalqların azadlığı haqqında dərs keçməyə çalışır, digər tərəfdən isə öz əsarəti altında saxladığı ərazilərdə xalqların ən elementar siyasi tələblərini belə təhlükə kimi görür.

Korsika xalqının muxtariyyət tələbinin Fransanın birliyinə təhlükə kimi qələmə verilməsi xüsusilə absurd görünür. Bir xalqın öz dilini, mədəniyyətini, tarixi kimliyini və siyasi səlahiyyətlərini qorumaq onların fundamental haqqıdır. Əsl təhlükə bu legitim tələblərin sistemli şəkildə rədd edilməsi və xalqların siyasi iradəsinin mərkəzi hakimiyyətin maraqlarına qurban verilməsidir.

Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyətini Korsika xalqının legitim iradəsinə hörmət etməyə, onun siyasi, mədəni və dil hüquqlarını tanımağa, əldə olunmuş razılaşmalara sadiq qalmağa və muxtariyyət məsələsində real siyasi iradə nümayiş etdirməyə çağırır və beynəlxalq ictimaiyyəti, insan hüquqları təşkilatlarını və müvafiq beynəlxalq institutları Fransa dövlətinin Korsika xalqının legitim siyasi tələblərinə münasibətdə nümayiş etdirdiyi bu ədalətsizliyə laqeyd qalmamağa dəvət edir”, - deyə icraçı direktor bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Oktyabr 2026 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri