Fransa hökumətinin başçısı istefa verdi Makronun idarəçiliyi dövründə mənfi rekordlar yenilənir
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hurriyyet.az xəbər verir ki, hökumətin yeni tərkibinin açıqlanmasından sonra müxalifət tərəfindən edilən tənqidlər fonunda Fransanın Baş naziri Sebastyan Lekornyu istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edib.
“Le Figaro” qəzetinin Yelisey sarayının bəyanatına istinadən verdiyi məlumata görə, dövlət başçısı onun istefasını qəbul edib.
Qeyd edək ki, Lekornyu bir gün əvvəl yeni hökumətə təyinatları açıqlamışdı. Əvvəlki kabinetdən bəzi nazirlər öz vəzifələrini qoruyublar.
Bununla da Lekornyu Beşinci Respublika tarixində ən qısa müddət ərzində Baş nazir postunu tutmuş hökumət başçısı oldu. Əvvəllər bu postu ən qısa müddətdə tutmaq rekordu 2024-cü ilin dekabrında təyin olunduqdan üç aydan bir qədər sonra istefa verən Mişel Barnyerə məxsus idi.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 06 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















