Fransa Hörmüz boğazında mina iddialarına cavab verdi
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransanın müdafiə naziri Ketrin Votrin Hörmüz boğazında mina yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Redaktor.az xəbər verir ki, nazir bu barədə "France Info" radiosuna açıqlamasında danışıb.
O qeyd edib ki, hazırda Fransanın bu ərazidə minaların yerləşdirildiyinə dair dəqiq məlumatı yoxdur.
“Hazırda bu mövzu ilə bağlı heç bir əminliyim yoxdur, amma hər halda, potensial olaraq minaların çıxarılması zərurətinə hazırlaşırıq”, - deyə Votrin bildirib.
Nazirin sözlərinə görə, mina təmizləmə gəmiləri Fransa və Böyük Britaniyanın mümkün birgə missiyası çərçivəsində regiona göndərilib. O, həmçinin Fransanın Cibutidəki bazasında artıq bir gəminin yerləşdiyini qeyd edib.
Məlumata görə, "CBS News" ABŞ kəşfiyyatına istinadən Hörmüz boğazında ən azı 10 minanın aşkar edildiyini bildirib. ABŞ rəsmiləri isə bu məlumatı adlarının açıqlanmasını istəmədən təsdiqləyiblər.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 20 May 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















