Türkiyə ordusu 10 milyon kamikadze dronla silahlanacaq KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Türkiyə Silahlı Qüvvələri qarşıdakı 10 il ərzində müxtəlif növ və platformalardan istifadə edən 10 milyonadək kamikadze dronun silahlanmaya daxil edilməsini planlaşdırır.
KONKRET.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Səlcuq Bayraktar bildirib ki, proqram iki mərhələdə həyata keçiriləcək.
İlk 5 ildə 5 milyon dronun istehsalı, növbəti 5 ildə isə onların ümumi sayının 10 milyona çatdırılması nəzərdə tutulur.
Generalın sözlərinə görə, müasir müharibələrin xarakteri köklü şəkildə dəyişir. Gələcək döyüşlərdə üstünlük qərarları daha sürətlə qəbul edən, pilotlu uçuş aparatlarını pilotsuz zərbə sistemləri ilə uzlaşdırmağı bacaran ordulara məxsus olacaq.
O, şəxsi heyətin həyatının qorunmasını, cəbhədə itkilərin azaldılmasını və hərbi əməliyyatların effektivliyinin artırılmasını əsas prioritetlər kimi qeyd edib. General, həmçinin Türkiyənin müdafiə sənayesində yerli istehsalın payının 83 faizə çatdığını vurğulayıb.
Türkiyənin müdafiə sənayesinin inkişafı ölkənin silah ixracatını da artırır. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyanın ən böyük 10 silah ixracatçısı sırasına daxil olmasını hədəflədiklərini bildirib.
Onun sözlərinə görə, son 20 ildə Türkiyənin hərbi məhsullarının ixracı 248 milyon dollardan 10 milyard dolları ötüb. Son 5 ildə isə ölkənin qlobal müdafiə sənayesi bazarındakı mövqeyi 120 faizdən çox güclənib.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 25 Oktyabr 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















