Icma.az
close
up
RU
Fransa İspaniya görüşünü o idarə edəcək

Fransa İspaniya görüşünü o idarə edəcək

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı il futbol üzrə dünya çempionatının (DÇ-2026) Fransa və İspaniya arasında keçiriləcək yarımfinal matçının hakimləri açıqlanıb.

"AzPolitika" xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında məlumat verilib.

Vacib matçın baş hakimi vəzifəsi salvadorlu İvan Bartona həvalə edilib.

Ali futbol təşkilatının referi seçimi bir çox futbol azarkeşləri üçün sürpriz olub. Bir çox fanatlar futbolu zəif inkişaf etmiş ölkədən olan hakimin belə həlledici və böyük matçın öhdəsindən gələ bilməyəcəyindən narahatdırlar.

Barton futbol aləmində o qədər də tanınmayan bir ölkəni təmsil edir. Tarixə nəzər salsaq, Salvador 1970 və 1982-ci illərdə iki dəfə dünya çempionatına vəsiqə qazanıb. Buna baxmayaraq, uzun onilliklər ərzində bu ölkədə futbol ciddi tənəzzül dövrünü yaşayıb və yüksəksəviyyəli nailiyyətlər qeyd alınmayıb.

Hazırda İvan Barton Salvador futbolunun ən tanınmış siması hesab olunur. 35 yaşlı ədalət təmsilçisi kimya ixtisası üzrə ali təhsil alıb və hətta Salvador Universitetində öz peşəsi üzrə müəllim kimi fəaliyyət göstərib.

Universitet müəllimi kimi fəaliyyətindən əlavə, Barton özünü futbola da həsr edərək 30 yaşına çatmamış FIFA hakimi adını qazanıb. O, DÇ-2022-də iştirak edib və 2026-cı il mundialında öz işini davam etdirir.

DÇ-2026-da Barton üç mühüm qarşılaşmanı idarə edib: qrup mərhələsində ABŞ - Paraqvay və Yaponiya - İsveç oyunları, eləcə də 1/16 final çərçivəsində baş tutan İsveçrə - Kolumbiya matçı.

Qeyd edək ki, Fransa - İspaniya oyunu iyulun 14-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 İyul 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see431

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see389

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see385

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see365

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see305

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see289

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see289

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see286

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see276

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see262

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see262

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see261

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see232

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see230

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see226

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see211

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see200

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see197

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see181

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri