Icma.az
close
up
RU
Fransa, İspaniya, yoxsa Argentina? Bu dəfə ekspertlər çempion seçirlər

Fransa, İspaniya, yoxsa Argentina? Bu dəfə ekspertlər çempion seçirlər

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

2026-cı il Dünya Çempionatı futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi ən böyük idman hadisələrindən biridir.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi turnir həm yeni formatı, həm də iştirakçı komanda sayının artırılması ilə əvvəlki mundiallardan fərqlənəcək. Bu isə daha çox oyun, daha çox rəqabət və daha çox sürpriz vəd edir.

Son illər milli komandaların nümayiş etdirdiyi performanslar çempionluq uğrunda mübarizənin kifayət qədər gərgin keçəcəyini göstərir. Son dünya çempionu Argentina titulunu qorumağa çalışacaq, Fransa və İspaniya son turnirlərdəki uğurlarını davam etdirmək niyyətində olacaq. Braziliya, İngiltərə və Almaniya kimi futbol nəhəngləri də uzun fasilədən sonra yenidən zirvəyə yüksəlmək üçün mübarizə aparacaqlar.

Lakin dünya çempionatlarının tarixi göstərir ki, favorit olmaq hər zaman çempion olmaq demək deyil. Hər mundialda gözlənilməz nəticələr, sensasiyalar və yeni qəhrəmanlar ortaya çıxır. Məhz buna görə də futbol ictimaiyyətində ən çox müzakirə olunan mövzulardan biri 2026-cı ildə kuboku hansı komandanın qazanacağıdır.

Bəs turnirlə bağlı idman ekspertləri nə düşünürlər?

2026-cı ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının əsas favoriti ilə bağlı “Cebheinfo.az”-ın sorğusunu cavablandıran idman ekspertləri fərqli fikirlər səsləndiriblər.

İdman eksperti Ağa Dadaşzadə bildirib ki, azarkeşləri olduqca maraqlı turnir gözləyir:

“Düşünürəm ki, bu mundial əvvəlkilərdən fərqli olacaq. Yeni formatın tətbiqi və iştirakçı sayının artması turnirə yanaşmanı da dəyişəcək. Təbii ki, favoritlər var – İspaniya, Fransa və Argentina. Bununla yanaşı, sürpriz edə biləcək komandalar da var və onları zəif hesab etmək olmaz.

Həmin komandalar da bu turnirdə tarix yaza bilərlər. Eyni zamanda, İspaniyanın 12 il əvvəl qazandığı uğuru təkrarlamaq şansı da var. Hesab edirəm ki, bizi çox maraqlı mundial gözləyir. Bununla belə, əsas favoritlər kimi yenə də İspaniya, Fransa və Argentina milli komandalarını görürəm. Amma futbol elə oyundur ki, burada hər şey mümkündür. Ona görə də sürpriz nəticələrin şahidi ola bilərik”.

İdman eksperti Kənan Məstəliyev isə bildirib ki, hazırkı vəziyyətdə ən real namizəd Fransa yığmasıdır:

“Dünya çempionatının əsas favoritləri sırasında İspaniya və Fransa yer alır. Hər iki komanda çox güclü heyətə malikdir. Bununla yanaşı, Lionel Messinin yer aldığı Argentina, Kriştiano Ronaldolu Portuqaliya, yenidən yüksəliş dövrünə qədəm qoyan Braziliya və İngiltərə yığmalarını da favoritlər sırasında göstərmək olar. Yəni çempionluq uğrunda mübarizə aparacaq bir neçə ciddi namizəd var. Ancaq mənim fikrimcə, onların arasında ən real namizəd Fransa millisidir. Çünki komandanın heyəti həqiqətən də çox güclüdür və böyük potensiala malikdir”.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyun 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri