Icma.az
close
up
RU
Fransa kimi rəqiblərlə oyunlarda yalnız vuruşmaqla xal qazanmaq olmur Aslan Kərimov

Fransa kimi rəqiblərlə oyunlarda yalnız vuruşmaqla xal qazanmaq olmur Aslan Kərimov

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mrəhələsi çərçivəsində növbəti oyununu oktyabrın 10-da Fransa yığmasına qarşı keçirəcək. "Park de Prens"də baş tutacaq qarşılaşma ərəfəsində tanınmış futbol mütəxəssisi, seçmənin və "Qarabağ"ın sabiq futbolçusu Aslan Kərimovla əlaqə saxlayıb "xoruzlar"la səfər qarşılaşmasından nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Seşmə mərhələdəki əvvəlki qarşılaşmada - Ukrayna ilə Bakıda keçirilən matçda (1:1) əzmkarlıq hesabına xal qazanmışdıq. Fransa kimi millilərlə oyunlarda isə nəticə qazanmaq üçün yalnız əzmkarlıq kifayət etmir. Bir qədər də bəxtin bizim tərəfimizdə olması vacibdi. Bəlli məsələdir ki, Ukrayna da oyun planında bizi üstələmişdi. Nadir hücumlarımızın birində penalti qazandıq və qol vurduq. Əminəm ki, futbolçularımız son damla tərlərinə qədər mübarizə aparacaqlar. Ayxan Abbasovun oyunçuları bu qarşılaşmaya psixoloji cəhətdən hazırlaya biləcəyinə şübhə etmirəm. Amma Fransa seçməsi dünyanın ən yaxşı futbolçularından ibarət komandadır. Qeyd etdiyim kimi, belə rəqiblə matçlarda yalnız vuruşmaqla xal qazanmaq olmur. Nə qədər əzmkar olsan da, rəqib texniki imkanlar baxımından səni üstələyirsə, yekunda məğlub olursan. Bu başqa məsələ ki, sonadək oyundan "qopmamaq" və erkən qol buraxmamaq çox vacib şərtdir. Qol buraxsaq belə, ruhdan düşməməli, mübarizəni davam etdirməliyik. Oyunçularımız buna hazır olmalıdırlar. Hesab barədə nəsə demək isə çətindir. "Park de Prens"də məğlub olacağımız gözlənilən nəticədir. Başqa sözlə, uduzmağımız heç kimi təəccübləndirməyəcək.Həmin matçdan üç gün sonra Polşanın Krakov şəhərində Ukrayna millisi ilə qarşılaşacağıq. İki belə ağır matç keçirmək asan iş deyil. Onu da nəzərə alaq ki, Ukrayna Bakıdakı oyunda itirdiyi xalın əvəzini çıxmaq üçün bizə qarşı ikiqat motivasiya ilə mübarizə aparacaq".

Nihat
 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://fanat.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see207

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see192

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see152

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri