Fransa millisinin start heyəti mundiallar tarixinə düşdü
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Fransa millisinin Seneqal yığması ilə oyundakı start heyəti dünya çempionatları tarixində ən bahalı heyət olub.
Moderator.az bu barədə "Transfermarkt" portalına istinadən xəbər verir.
İyunun 16-da Fransa DÇ-2026-nın qrup mərhələsi çərçivəsində Seneqalı məğlub edib (3:1).
Fransa millisinin Seneqalla oyundakı start heyətinin ümumi bazar dəyəri 908 milyon avro olaraq qiymətləndirilir. Bu, dünya çempionatları tarixində rekord göstəricidir.
Dünya çempionatlarında ən bahalı start heyətləri reytinqində ikinci yer də fransızlara məxsusdur. Söhbət 2018-ci ildə Rusiyada keçirilən turnirin qrup mərhələsində Avstraliya ilə oyuna ilk dəqiqələrdən başlayan komandadan gedir. Həmin Fransa millisinin heyəti 710 milyon avro dəyərində qiymətləndirilirdi.
Üçüncü yerdə isə DÇ-2018-də İsveçrə ilə oyunda Braziliya millisi (650 milyon) qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 17 İyun 2026 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















