Icma.az
close
up
RU
Fransa müstəmləkəsi olan ölkələrin nümayəndələri Parisdə İnsan Hüquqları meydanında aksiya keçiriblər AZƏRTAC

Fransa müstəmləkəsi olan ölkələrin nümayəndələri Parisdə İnsan Hüquqları meydanında aksiya keçiriblər AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Paris, 14 dekabr, AZƏRTAC

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəsi olan ölkələrin nümayəndələri Parisdə Trakodero - İnsan Hüquqları meydanında aksiya keçiriblər.

AZƏRTAC xəbər verir ki, İnsan Hüquqları meydanına toplaşan, keçmişdə və hələ də Fransanın müstəmləkəsi altında olan ölkələrin - Yeni Kaledoniya, Korsika, Madaqaskar, Qəmər adaları, Əlcəzairdən olan insanlar kolonializmə etirazlarını bildiriblər. Onlar əllərində “Ədalətsizliyə qarşı birlikdə olaq”, “Xalqların suverenliyi: sizin subyektlər deyilik”, “Azadlıq uğrunda mübarizə: kolonializmə yer yoxdur”, “Keçmişin yaraları sağalmalıdır: birgə hərəkət edək”, “Bütün xalqlara azadlıq: kolonializm bitdi”, “Gücümüz birlikdədir: burda kolonializmə yer yoxdur”, “Fransa elə kasıbdır ki, malqaşlardan oğurluq edir” kimi şüarlar səsləndiriblər.

Müxtəlif ölkələrin nümayəndələri çıxış edərək, ölkələrinin, xalqlarının fransız müstəmləkəsi altında əzildiyini bildiriblər.

Əlcəzairli nümayəndə Fransa müstəmləkəçiliyi illərində 1,5 milyon əlcəzairlinin qətlə yetirildiyini - Əlcəzair xalqının fransız soyqırımına məruz qaldığını bildirib. O, qeyd edib ki, Əlcəzair Fransa müstəmləkəsindən azad olduğu kimi digər ölkələr də fransız müstəmləkəçiliyindən azad olmalıdır və olacaq. Bunun üçün birlik vacibdir. Korsikadan, Yeni Kaledoniyadan olan nümayəndələr BMT Baş Assambleyasının 1960-cı il dekabrın 14-də qəbul edilmiş 1514 (XV) saylı qətnaməni xatırladıblar. Bildiriblər ki, BMT qətnaməsi müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsini tələb edir. O vaxtdan 14 dekabr dünyada “dekolonizasiya günü” kimi qeyd olunur. Onların da bu günü seçməsi təsadüfi deyil. Fransanın müstəmləkəsi altında olan ölkələr azadlıqlarını tələb edir.

Qeyd edək ki, 1960-cı il dekabrın 14-də BMT Baş Assambleyası müstəmləkə altında olan xalqların öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi məqsədilə “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə” qəbul edib. 14 Dekabr dünyada Dekolonizasiya Günü kimi qeyd olunur. Bu bəyannamə müstəmləkəçilik dövrünün, dünya miqyasında müstəmləkəçiliyin sona çatdırılması prosesini sürətləndirmək və xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması baxımından tarixi əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see385

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see239

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see141

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri