Fransa muzeyindən 9 milyon avro dəyərində farfor oğurlanıb
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Naməlum şəxslər Fransanın Limoj kommunasında yerləşən Adrian Dyubuşe adına Milli Farfor Muzeyini qarət ediblər.
Bu barədə Fransa KİV-ə istinadən xəbər verir.
Oğrular sentyabrın 4-nə keçən gecə muzeyə daxil olaraq ümumi dəyəri ən azı 9,5 milyon avro olan eksponatları aparıblar.
Məlumata görə, həmin eksponatlar bir zəngin kolleksiyaçıya məxsus olub və Çin farforuna həsr olunmuş müvəqqəti sərgidə nümayiş etdirilirdi. Muzeyə naməlum şəxslərin qanunsuz olaraq daxil olmaları barədə gecə saatlarında xəbər tutulub. İşçilər pəncərələrdə şübhəli izlər görüblər.
Hazırda insidentlə bağlı istintaq aparılır. Mütəxəssislər dəymiş ziyanı qiymətləndirməyə davam edirlər.
Paylaş
Bu mövzuda digər xəbərlər:Bankdan 100 milyon avro dəyərində qiymətli əşyalar oğurlanıb FOTO
03 Yanvar 2026 23:35
Fransada muzeydən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb
05 İyul 2026 22:47
Paris muzeyindən 600 min avro dəyərində qızıl OĞURLANDI
17 Sentyabr 2025 16:41
Napoleonun əşyaları Luvr muzeyindən oğurlanıb
19 Oktyabr 2025 18:23
Qızıl külçə Sankt Peterburq muzeyindən oğurlanıb...
04 Avqust 2025 18:16
Baxış sayı:150
Bu xəbər 04 Sentyabr 2025 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















