Fransada muzeydən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Fransanın şərqində yerləşən Vinjen-sür-Moder kommunasındakı "Lalique" Zərgərlik Muzeyindən təxminən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb.
Bu barədə "Le Parisien" qəzeti istintaqa yaxın mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, oğrular ümumilikdə 20-yə yaxın zinət əşyasını ələ keçiriblər. İlkin hesablamalara əsasən, dəymiş zərər təxminən 4 milyon avro təşkil edir.
Hadisə yerli vaxtla saat 05:30 radələrində baş verib. Binaya daxil olan naməlum şəxslər birbaşa zinət əşyalarının saxlanıldığı zala yönəliblər.
Siqnalizasiya işə düşsə də, oğrular hadisə yerindən qaçmağa müvəffəq olublar. Mühafizə şirkətinin əməkdaşları siqnalın səbəbini araşdırdığı vaxt hadisə yerinə ilk gələn muzeyin təmizlik işçisi olub və polisə məlumat verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 05 İyul 2026 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















