Fransa parlamentində deputatlar üçün məcburi narkotik testlər təklif olunur
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa Milli Assambleyasında deputatlar üçün narkotik vasitələrin aşkarlanmasına yönəlmiş testlərin tətbiqi məsələsi gündəmə gəlib. İki deputat - Fransua Jolive və Jan-Fransua Russe assambleyanın sədri Yael Braun-Piveyə müraciət edərək bu cür yoxlamaların həyata keçirilməsini təklif ediblər.
“Horizons” partiyasından olan Fransua Jolive məktubunda parlament üzvləri də daxil olmaqla Milli Assambleyanın bütün əməkdaşlarının qəfil və məcburi narkotik testlərdən keçirilməsini istəyib.
“Ensemble pour la République” qrupunun deputatı Jan-Fransua Russe isə assambleya sədri ilə görüş tələb edərək, deputatlara könüllü əsasda narkotik testlərində iştirak etmək imkanı yaradılmasını təklif edib. O bildirib ki, məqsəd hər hansı şəxsi hədəfə almaq deyil, parlament üzvlərinin də şəffaflıq və bərabərlik prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir.
Russeyə görə, siyasətçilər cəmiyyət qarşısında nümunə göstərməli və ictimai etimadın qorunması üçün daha açıq olmalıdırlar.
Bu təşəbbüs Baş nazir Sebastyən Lökornünün nazirlər və yüksək vəzifəli dövlət qulluqçuları arasında qəfil narkotik testlərinin keçirilməsini nəzərdə tutan göstərişindən sonra gündəmə gəlib. Həmin göstərişə əsasən, nazirlər öz əməkdaşlarının və özlərinin tüpürcək nümunəsi ilə aparılan narkotik yoxlamalarından keçməsini təmin etməlidirlər.
Bu qərar Fransa dövlət idarələrində geniş müzakirələrə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 20 İyun 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















