Elektroskuter sürənlər üçün dəbilqə məcburi olsun Təklif
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi zamanı dəbilqədən istifadənin məcburi olması təklif edilir.
Sözügedən məsələ İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Səbinə Əliyevanın "Azərbaycan" qəzetində dərc olunan məqaləsində yer alıb.
Qeyd olunur ki, Ombudsmanın müstəqil monitorinq fəaliyyəti çərçivəsində elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi zamanı insanların, xüsusilə uşaqların həyat və sağlamlığına təsir edə biləcək risklər və bununla əlaqədar münasibətlərin tənzimlənməsi ilə bağlı təhlil aparılıb:
"Təhlilin nəticəsi olaraq elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələri üzrə hüquqi tənzimləmənin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, təhlükəsizlik dəbilqəsindən istifadənin məcburi norma kimi müəyyən edilməsi, uşaqların qorunmasına yönəlmiş valideyn məsuliyyətinin gücləndirilməsi, dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin yaradılmasının zəruri olduğu müəyyən edilib. Təhlil əsasında irəli sürülən təkliflər səlahiyyətli dövlət orqanı tərəfindən məqbul hesab edilərək qurumun normayaratma fəaliyyəti prosesində nəzərə alınacağı bildirilib".
(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 20 Noyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















