Icma.az
close
up
RU
“Fransa Qəmər dövlətinin sərhədlərinə hörmət etmir”

“Fransa Qəmər dövlətinin sərhədlərinə hörmət etmir”

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb.

Hurriyyet.Media  APA-ya istinadən xəbər verir ki, sözügedən məktubda Maore Komitəsi Fransalı deputatları Fransanın müstəmləkəçi tarixindən xəbərsiz olmaqda və Dənizaşırı ərazilərin yerli xalqlarına etinasız yanaşmaqda ittiham edib.

“Bu xalqlar azadlıq və öz müqəddəratını təyinetmə uğrunda uzun illər ərzində mübarizə aparmış, böyük itkilər və qurbanlar vermişlər. Buna baxmayaraq, siz həmin əraziləri hələ də Fransanın toxunulmaz mülkiyyəti kimi təqdim edirsiniz. Bu baxımdan, tarixi yenidən şərh etməyə çalışarkən köləliyi, kütləvi deportasiyaları, yerli xalqların torpaqlarının mənimsənilməsini, qətlləri və “Fransanın suverenliyi” adı altında həyata keçirilmiş müstəmləkə hökmranlığının digər ağır nəticələrini unudursunuzmu? Şübhəsiz ki, bütün bu cinayətlər həmin xalqların tarixi və kollektiv yaddaşına dərindən həkk olunmuşdur. Buna görə də faktlar azadlığa, ədalətə və xalqların hüquqlarına hörmət edən bütün dövlətlər və xalqlar tərəfindən qətiyyətlə pislənilməli, onların nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl mübarizə aparılmalıdır”, - məktubda bildirilib.

Məktubda vurğulanıb ki, “Fransanın Dənizaşırı əraziləri” adlandırılan hər bir ərazinin müstəmləkəçilik siyasəti nəticəsində işğal olunmasının konkret tarixi, siyasi konteksti mövcuddur: “Bununla belə, həmin ərazilərin tarixini birləşdirən çoxsaylı ümumi cəhətlər vardır. Bunlara yerli xalqların siyasi iradəsinin nəzərə alınmaması, onların torpaq və resurslarının mənimsənilməsi, sosial və iqtisadi bərabərsizliyin dərinləşdirilməsi, eləcə də azadlıq hərəkatlarının zorakı vasitələrlə yatırılması daxildir. Hazırda Fransa Afrika kontinentində itirməkdə olduğu ənənəvi təsir dairəsini, həmçinin “özünün” Dənizaşırı əraziləri adlandırdığı torpaqları yenidən tam nəzarət altına almaq məqsədilə aqressiv siyasət yürüdür. Bu siyasət həmin ərazilərdə yaşayan xalqların azad iradəsinə və öz müqəddəratını təyinetmə hüququna qarşı yönəlmişdir. Qəmər adalarında milli azadlıq uğrunda aparılmış uzunmüddətli mübarizə 22 dekabr 1974-cü il tarixində öz müqəddəratını təyinetmə referendumunun keçirilməsi ilə nəticələndi. Referendumun nəticələri Qəmər xalqının müstəqillik əldə etmək və milli suverenliyini bərpa etmək iradəsini birmənalı şəkildə ortaya qoydu”.

Məktubda həmçinin qeyd olunub ki, Fransa Qəmər dövlətinin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etmir, Qəmər xalqının referendum yolu ilə ifadə olunmuş iradəsinə və beynəlxalq hüququn tələblərinə zidd olaraq Fransa Qəmər adalarına məxsus Mayot adasını qanunsuz şəkildə öz nəzarətində saxlayır: “Sonradan Mayot Fransanın 101-ci departamentinə, daha sonra isə Avropa İttifaqının ən ucqar regionlarından birinə çevrilib. Bununla yanaşı, Mayot heç vaxt Fransanın ümumi və bərabər inkişaf proqramlarının tamhüquqlu iştirakçısı olmayıb. Əksinə, adada xüsusi və istisna xarakterli qanunların tətbiqi, səhiyyə, mənzil təminatı, təhsil və təhlükəsizlik sahələrində minimum zəruri imkanların belə çatışmaması, sosial bərabərsizliyin dərinləşməsi və gənclər arasında zorakılığın yüksək səviyyəyə çatması Fransanın müstəmləkəçilik siyasətinin davam edən nəticələridir. Deputatlara çağırış edilir ki, ağlasığmaz iddialar və həqiqətə uyğun olmayan hekayələr vasitəsilə tarixi yenidən yazmağa çalışmaq əvəzinə, ilk növbədə Fransanın öz müstəmləkə keçmişi və hazırkı siyasəti ilə üzləşməli, tarixi faktları olduğu kimi qəbul etməyi öyrənməlisiniz. Unutmaq olmaz ki, xalqların azadlıq, ləyaqət və öz müqəddəratını təyinetmə uğrunda mübarizəsinin qarşısını almaq mümkün deyil. Bu, Dənizaşırı ərazilərdə yaşayan və müstəmləkə hökmranlığının nəticələri ilə üzləşən xalqlara da tam şəkildə aiddir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2026 04:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri