Fransa qoşunlarını Çaddan çıxarır
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransa Çaddakı hərbi qüvvələrini mərhələli şəkildə geri çəkməyə başlayıb.
Bu barədə dekabrın 10-da "Agence France-Presse" məlumat yayıb.
İlk mərhələdə "Mirage" qırıcıları Çadın paytaxtı Ncamena şəhərindən çıxarılıb. Fransa tərəfi geri çəkilmə prosesinin dəqiq şərtlərinin hələ tam razılaşdırılmadığını bildirib.
Hazırda Fransanın silahlı qüvvələrinə məxsus təxminən min əsgər Çadda yerləşdirilib. Onların ölkədən çıxarılmasının tam şəkildə başa çatdırılması bir neçə həftə çəkəcək.
Qeyd edək ki, Çad hakimiyyəti Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv etmək barədə qərar qəbul edib.
Baxış sayı:128
Bu xəbər 10 Dekabr 2024 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















