Fransa yanır: Taksi sürücüləri yeni qaydalara görə etiraz qalxdı FOTO
Icma.az, News24 portalına istinadən məlumat yayır.
Fransanın müxtəlif şəhərlərindən tətil edən yüzlərlə taksi sürücüsü Parisdə parlamenti binası qarşısına toplaşaraq hökumətin səhiyyə daşınması ilə bağlı yeni qaydalarına etiraz ediblər.
News24.az xəbər verir ki, 2 minə yaxın taksi sürücüsü parlament binası yaxınlığında gəlsə də, gün ərzində aksiyada iştirak edən taksi sürücülərinin sayının artacağı gözlənilir. Bu, Paris və ətrafdakı İle-de-Frans bölgəsində ciddi nəqliyyat sıxlığına səbəb olub.
Etirazçılar iddia edirlər ki, səhiyyə sahəsində planlaşdırılan yeni tənzimləmə özəl nəqliyyat xidmətləri (VTC) ilə qeyri-qanuni rəqabətə gətirib çıxarır.
Fəallar bu cür nəqliyyat xidmətlərinin xəstələrin daşınması üçün haqsız rəqabət yaratmasının qarşısını almağı tələb edirlər.
Aynurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 04 Dekabr 2024 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















