Fransada büdcə layihəsi parlamentdən kənar qəbul edilib
Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransanın baş naziri Fransua Bayru cari ilin büdcə layihəsini Milli Assambleyada deputatların səsverməsinə ehtiyac olmadan qəbul edib.
Bu barədə Fransanın BFM TV telekanalı məlumat yayıb.
“Heç bir ölkə büdcəsiz yaşaya bilməz. Beşinci Cümhuriyyət yaranandan bəri ilk dəfədir ki, ölkəmiz hələ də büdcəsiz qalır. Bu, Fransanın imicinə mənfi təsir edəcək”, - deyə telekanal Bayrudan sitat gətirir.
Qeyd olunur ki, Konstitusiyanın 49.3-cü maddəsində büdcənin deputatların səsi olmadan qəbul edilməsinin mümkünlüyü nəzərdə tutulur.
Mövsüm
Aznews.az

Fransa parlamentdən kənar büdcə layihəsini təsdiq edəcək
03 Fevral 2025 20:47
Fransada Ukraynanı dəstəkləyən qətnamə qəbul edilib
13 Mart 2025 11:56
Fransada məscid təhqir edilib
28 Yanvar 2025 13:55
Fransada BÜDCƏ BÖHRANI Ermənistan hərbi yardımdan məhrum qalacaq?
13 Dekabr 2024 09:33
Fransada antirekord
15 Noyabr 2024 11:20

