Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Bakıda 28 istiqamətdə sıxlıq var

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

57 yaşlı Cennifer Lopez belə formada qalır

Fransada çempionluq mübarizəsi: paytaxt klublarını kim dayandıracaq? in İCMALI

Fransada çempionluq mübarizəsi: paytaxt klublarını kim dayandıracaq? in İCMALI

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransada PSJ çempionluğun əsas favoritlərindən biri olduğunu təsdiqləsə də, Fransada getdikcə daha çox diqqət paytaxtın digər klubuna yönəlir. “Paris” 11 turdan sonra ikinci pillədə qərarlaşıb və adlı-sanlı qonşusundan cəmi üç xal geri qalır.

İdman.Biz xəbər verir ki, Liqa 1-in XII turu ərəfəsində PSJ-nin aktivində 26, “Paris”in isə 23 xal var. Növbəti pillələrdə “Lill” (21), “Lion” (20), “Marsel” və “Brest” (hərəyə 18) qərarlaşıb. Daha üç komanda – “Nitsa”, “Monako” və “Renn” isə 17 xal toplayıb.

Turnir cədvəlinin yuxarı hissəsindəki sıxlıq avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların hər xal itkisini daha da əhəmiyyətli edir.

“Brest” - “Paris”

Turun açılış qarşılaşmasında çempionatda ardıcıl üç qələbə qazanan iki komanda üz-üzə gələcək.

“Brest” ardıcıl olaraq “Loryan”ı (2:0), “Lion”u (2:0) və “Strasbur”u (1:0) məğlub edib. “Paris” isə əvvəlki turda “Anje”ni 4:0 hesabı ilə darmadağın edərək cari mövsümdə ən böyükhesablı qələbəsini qazanıb. Paytaxt klubu artıq üç oyundur qapısından qol buraxmır.

Qarşılaşmaya xüsusi maraq qatan məqamlardan biri də əvvəllər “Brest”də çıxış etmiş, hazırda isə “Paris”in formasını geyinən yarımmüdafiəçi Pyer Le-Melunun sabiq komandasına qarşı meydana çıxmasıdır.

Meydan sahiblərinə Brendan Şardonne və Rafael Le Gen kömək edə bilməyəcək. Birinci futbolçu artıq ümumi qrupda məşqlərə başlasa da, hələ əsas heyətə qayıtmağa hazır deyil. Bununla yanaşı, Kamori Dumbiya sağalıb. “Paris”də isə ciddi kadr problemi yoxdur. Yalnız Noa Sangi bərpa prosesini davam etdirir.

Qeyd edək ki, “Paris” ötən mövsüm “Brest”lə çempionat çərçivəsində keçirdiyi hər iki oyunda qalib gəlib. Bu dəfə də uğur qazansalar, Liam Rozényorun yetirmələri ən azı bir günlük xal sayında PSJ-yə çatacaqlar.

PSJ - “Loryan”

Fransanın hazırkı çempionu Liqa 1-də ardıcıl səkkiz qələbə qazansa da, bu həftə Çempionlar Liqasında İtaliyanın “Roma” klubu ilə 2:2 hesablı heç-heçə edərək bütün turnirlərdəki qələbə seriyasına son qoyub.

Luis Enrikenin komandası üçün hücum xəttinin iki aparıcı futbolçusunun zədələnməsi ciddi itki olub. Xviça Kvaratsxeliya sağ dizinin ön çarpaz bağının qopması səbəbindən əməliyyat olunub. Dezire Due də əvvəlki turda “Nitsa” ilə görüşdə (3:2) eyni zədəni alıb. Belə vəziyyətdə Usman Dembelenin sıraya qayıtması xüsusilə vaxtında olub. O, artıq “Roma”nın qapısına qol vurmağa da macal tapıb.

Turnir cədvəlində 10-cu yerdə qərarlaşmasına baxmayaraq, “Loryan” çempionatın ikinci ən etibarlı müdafiə xəttinə malikdir. Komanda 11 oyunda cəmi 9 qol buraxıb. Bundan əlavə, Liqa 1-də son altı səfər matçının beşində qapısını toxunulmaz saxlayıb.

Qonaqların da heyətində itkilər var. Panos Katsiris, Bandiugu Fadiqa və Məhəmməd Bamba sıradan çıxıb. Müdafiəçi İsaak Turenin meydana çıxıb-çıxmayacağı isə sual altındadır.

Maraqlıdır ki, PSJ “Loryan”la son beş qarşılaşmasının yalnız birində qələbə qazanıb. Bu oyunlardan birində məğlub olan Paris klubu üç dəfə də heç-heçə edib. Ötən mövsüm komandalar arasında keçirilən hər iki görüş heç-heçə ilə başa çatıb.

“Le-Man” – “Lill”

Hər iki komanda son günlərdə fərqli səviyyələrdə diqqətçəkən nəticələrə imza atıb.

“Le-Man” əvvəlki turda səfərdə “Marsel”lə qarşılaşmada möhtəşəm geridönüş edib. Görüşün gedişində 0:2 hesabı ilə geridə olan komanda sonda 3:2 hesablı qələbə qazanıb. Həlledici qolu Jan Verkruys əlavə olunmuş vaxtın beşinci dəqiqəsində vurub. Bu, yüksək liqanın debütantının cari çempionatda ikinci qələbəsi olub.

Əvvəlki turda “Lion”a 0:1 hesabı ilə uduzan “Lill” isə çərşənbə günü Çempionlar Liqasında Münhen “Bavariya”sını 2:1 hesabı ilə məğlub edib. Davide Ançelottinin yetirmələri Fransa çempionatının da ən etibarlı müdafiə xəttinə malikdir. Komanda 11 oyunda cəmi 8 qol buraxıb.

Qarşıdakı matçda qonaqlara Tangi Nyanzu, Həmzə İqaman və Tiaqo Santuş kömək edə bilməyəcək. Meydan sahiblərinin zədəli futbolçuları arasında isə Marten Rossinyol, Adil Burabaa və Jibril Sidibe var.

“Lill”in xeyrinə olan maraqlı statistika da diqqət çəkir. Komanda yüksək liqanın debütantlarına qarşı son 23 çempionat matçında cəmi bir dəfə məğlub olub. Bu görüşlərin 18-də qələbə qazanan “Lill” dörd dəfə heç-heçə edib. Yeganə məğlubiyyət 2024-cü ilin sentyabrında “Sent-Etyen”lə oyunda qeydə alınıb – 0:1.

“Lion” – “Monako”

Turun sonuncu və mərkəzi qarşılaşmalarından biri komandalar üçün yubiley xarakteri daşıyacaq. Rəqiblər Fransa çempionatının yüksək divizionunda 120-ci dəfə üz-üzə gələcəklər. İndiyədək üstünlük 50 qələbə qazanan “Monako”nun tərəfindədir. “Lion” 45 dəfə qalib gəlib, 24 görüş isə heç-heçə ilə başa çatıb.

Baş məşqçi dəyişikliyi “Lion”a ilk oyundaca müsbət nəticə qazandırıb. İspaniyalı mütəxəssis Karlos Visensin rəhbərliyi altında komanda səfərdə “Lill”i 1:0 hesabı ilə məğlub edərək ilk üçlükdən geri qalmasını azaldıb. Bununla belə, lionlular cümə axşamı Avropa Liqasında Norveçin “Lillestrem” komandası ilə qolsuz heç-heçə ediblər.

“Monako”da isə əks vəziyyət müşahidə olunur. Komanda çempionatda artıq altı turdur qələbə qazana bilmir, lakin Konfrans Liqasında maksimum nəticə göstərir. Monakolular bu həftə Şotlandiyanın “Harts” klubunu səfərdə 3:2 hesabı ilə məğlub edərək avrokuboklarda ardıcıl dördüncü qələbəsini qazanıblar. Qalibiyyət qolunu Folarin Baloqun əlavə olunmuş vaxtda vurub.

Hər iki komandanın heyətində ciddi problemlər var. “Lion”da Tayler Morton, Pavel Şults və Məhəmməd Uedraoqo zədəlidir. Klinton Mata və Mats Bidstrupun meydana çıxması isə sual altındadır. Bununla yanaşı, belçikalı hücumçu Loa Openda artıq sıraya qayıdıb.

“Monako” diskvalifikasiya olunmuş Mamadu Kulibalinin, eləcə də zədəli Aleksandr Qolovin, Ansu Fati və Stanis İdumbonun xidmətindən yararlana bilməyəcək.

Maraqlıdır ki, “Lion” və “Monako” arasında çempionat çərçivəsində keçirilən son 22 qarşılaşmanın heç biri heç-heçə ilə başa çatmayıb. Son dörd görüşün üçünü monakolular qazanıb. Bununla belə, hazırda meydan amili “Lion”un xeyrinədir. Komanda çempionatda doğma meydanda ardıcıl dörd qələbə qazanıb.

Fransa Liqa 1

XII tur (Bakı vaxtı ilə)

27 noyabr

23:45. “Brest” – “Paris”

28 noyabr

20:15. “Anje” – “Lans”

23:45. “Havr” – “Strasbur”

23:45. “Le-Man” – “Lill”

23:45. “Nitsa” – “Trua”

23:45. PSJ – “Loryan”

29 noyabr

18:00. “Oser” – “Marsel”

20:15. “Tuluza” – “Renn”

23:45. “Lion” – “Monako”

Turnir cədvəli

Yer Komanda Xal

1 PSJ 26

2 “Paris” 23

3 “Lill” 21

4 “Lion” 20

5 “Marsel” 18

6 “Brest” 18

7 “Nitsa” 17

8 “Monako” 17

9 “Renn” 17

10 “Loryan” 16

11 “Lans” 14

12 “Tuluza” 14

13 “Le-Man” 11

14 “Trua” 11

15 “Oser” 11

16 “Strasbur” 10

17 “Anje” 8

18 “Havr” 2

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Noyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see313

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see310

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see305

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see302

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see280

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see266

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see264

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see260

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see254

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see254

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see252

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see250

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see237

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see231

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see225

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see224

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see213

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see212

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see195

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri