Icma.az
close
up
RU
Fransada elektrik və qaz sektorlarının işçiləri tətilə başlayıblar

Fransada elektrik və qaz sektorlarının işçiləri tətilə başlayıblar

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paris, 2 sentyabr, AZƏRTAC

Fransada elektrik və qaz sektorunun işçiləri bu gün 24 saatlıq tətilə çıxıblar. Tətillə bağlı çağırış elektrik və qaz sənayesinin əsas həmkarlar ittifaqlarından biri olan CGT (FNME-CGT) tərəfindən edilib. Bu səfərbərlik son günlərdə gündəmə gələn “10 sentyabr – hər şeyi blokla” hərəkatından xeyli əvvəl planlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, FNME-CGT həmkarlar ittifaqının baş katibi Mattyö Pino tətillə bağlı açıqlama verərək, artıq 220-dən çox piket məntəqəsi qurulduğunu deyib. CGT həmkarlar ittifaqının tələbləri çoxşaxəlidir, sosial və iqtisadi yönümlüdür. Tətilçilər son pensiya islahatının ləğvini, qaz və elektrik haqlarında tətbiq olunan ƏDV-nin endirilməsini, əməkhaqqı ilə bağlı islahatlar, əməkhaqqı cədvəlinin ilk pilləsinin minimum əməkhaqqı (SMIC) ilə uyğunlaşdırılmasını, növbətçilik ödənişlərinin artırılmasını tələb edirlər. Digər həmkarlar ittifaqları da bəzi tələblərlə, xüsusilə də əməkhaqqı cədvəli ilə bağlı həmrəy olduqlarını bildiriblər.

CGT nümayəndəsi Fabris Kudur bildirib ki, sentyabrın 2-də başlayan və uzadıla bilən bu tətil 10 sentyabrdakı "hər şeyi blokla" hərəkatı ilə ziddiyyət təşkil etmir, əksinə onu dəstəkləyə bilər. "Bizim sentyabrın 2-dən başlayan tətilimiz 10 sentyabr aksiyası ilə ziddiyyət təşkil etmir. Əksinə, bu mobilizasiya elektrik və qaz sektorundakı hərəkata inteqrasiya oluna bilər", - deyə o qeyd edib.

Tətilin nəticəsində enerji istehsalında azalmalar və istehsal müəssisələrində blokadalar gözlənilir. Kudur bəyan edib ki, bəzi enerji istehsalı müəssisələrinin girişində blokadalar planlaşdırılır.

Elektrik və qaz sektorundakı bu tətil, yalnız sosial narazılığı ifadə etməklə kifayətlənmir, eyni zamanda, sentyabrın 10-da və 18-də planlaşdırılan daha böyük aksiyalar öncəsi hökumətə ciddi xəbərdarlıq kimi də qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri