Icma.az
close
up
RU
Fransada epidemiya: heyvan ixracatı dayandırılıb

Fransada epidemiya: heyvan ixracatı dayandırılıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 20 oktyabr, AZƏRTAC

Fransada heyvanlar arasında yayılan nodulyar dermatit epidemiyası hökuməti ciddi qərarlar verməyə vadar edib. Yalnız heyvanlarda yayılan və insanlara keçməyən bu virus xəstəliyinin qarşısını almaq üçün hökumət 15 günlük canlı heyvan ixracatının dayandırıldığını elan edib. Amma bu qərar fermerlər və heyvandarlıq sektoru tərəfindən təhlükəli, məşvərətsiz və zərərli kimi qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, xəstəlik əsasən infeksiyalı heyvanların nəqliyyat yolu ilə bir yerdən digər yerə daşınması ilə yayılır. 2024-cü ildə Fransa xaricə 1,3 milyon baş canlı heyvan ixrac edib, əsasən İspaniya və İtaliyaya. Həmin ölkələrdə də hazırda bu xəstəliyin yayıldığı təsdiqlənib. İlin əvvəlindən bəri 86 təsərrüfatda xəstəlik qeydə alınıb. Ən son yoluxma hallarına “Pyrénées-Orientales” və “Jura” bölgələrində rast gəlinib. “Jura”nın Eklö (Ecleux) kəndində artıq üçüncü yoluxma ocağı qeydə alınıb. Kənd sakinləri fermerlərlə həmrəylik nümayiş etdirərək bağçalarının çəpərlərinə dəstək afişaları asıblar.

İndiyə qədər əsas tədbir xəstə heyvanların kəsilməsi və yoluxma bölgələrində peyvənd kampaniyası olub. Hökumət 800 000 doza peyvənd sifariş edib, halbuki Fransada ümumilikdə 15,7 milyon baş iribuynuzlu heyvan mövcuddur.

Kənd təsərrüfatı birlikləri peyvəndin yalnız yoluxma bölgələrində deyil, bütün ölkə üzrə tətbiq olunmasını tələb edirlər. Kənd təsərrüfatı naziri Anni Jenevar bildirib ki, peyvəndi rədd edənlər üçün məcburi tədbirlər görüləcək, həmçinin heyvan hərəkətinə nəzarət sərtləşdiriləcək. Qaydaları pozanlara cərimə və ya kompensasiya verilməyəcək.

Nazirin qeyri-rəsmi bir görüşdə və xəbərdarlıq etmədən bu qərarı elan etməsi böyük qəzəbə səbəb olub. FNSEA (Milli Fermerlər İttifaqı) və “Jeunes Agriculteurs” (Gənc Fermerlər) kimi əsas həmkarlar təşkilatları bu qərarın şokedici və bütün sektor üçün dağıdıcı olduğunu bildiriblər.

Nazir Jenevar Brüsseldə keçiriləcək görüşdən əvvəl qabaqlayıcı addım atmaq istədiklərini bildirib. Əgər Avropa Komissiyası tərəfindən ümumi bir ixrac qadağası tətbiq edilsəydi, bu, Fransa üçün daha sərt nəticələr doğura bilərdi. Nazir deyib: “Əgər 15 gün ərzində vəziyyət yaxşılaşsa, ixrac bərpa olunacaq. Biz bilirik ki, İspaniya və İtaliya hələ də bizim buzovlarımızı gözləyir”.

Bazar ertəsi Kənd Təsərrüfatı Nazirliyində sektor nümayəndələri ilə yeni görüş planlaşdırılıb. Fermerlər hökumətin qərarından geri dönməsini və daha balanslı bir yanaşma tətbiq olunmasını tələb edirlər.

Nodulyar dermatit insanlara keçmədiyindən sağlamlıq riski yaratmır, lakin heyvandarlıq sektoruna zərəri çox böyükdür. Hazırkı qərar və qarşıdakı addımlar, Fransanın kənd təsərrüfatı siyasətində ciddi dönüş nöqtəsi ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri