Fransada etiraz: Makron get, AB dən çıxaq!
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Parisdə Fransa Prezidenti Emmanuel Makronun istefası, ölkənin Avropa Birliyi və NATO-dan çıxması üçün aksiyalar keçirilib.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, nümayişçilər Fransa paytaxtının 6-cı rayonundakı Monparnas bulvarından Luvr muzeyinə doğru yürüş edərək "Makron, get!", "Avropa Birliyindən çıx!" kimi şüarlar səsləndiriblər.
Aksiyada Vətənpərvərlər Partiyasının lideri və mitinqin təşkilatçısı Florian Filippo deyib ki, baş verən hadisələrdə demokratiyanın zərrəsi belə yoxdur:
"Ölkə tam qarışıqlıq içərisindədir. Nazirlər bir-birinin ardınca vəzifədən gedir. Biz NATO-dan, Avropa Birliyindən çıxmalıyıq. AB daxilində mövcud olmağa davam etsək, bizi senzura, müharibə və yoxsulluq gözləyir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 11 Oktyabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















