Icma.az
close
up
RU
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb

Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransada keçirilən etiraz aksiyaları pərakəndə satış sektoruna ciddi ziyan vurub. Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən şəhər mərkəzlərindən uzaq duran istehlakçıların sayı artıb, aksiyalardan təsirlənən ərazilərdəki mağazaların dövriyyəsi 80 faiz azalıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransa Ticarət və Sənaye Palataları Birliyi məlumat yayıb.

Qurumun rəhbəri Alen Di Kresçenzo bildirib ki, pərakəndə satış sektorunun illik dövriyyəsinin 40 faizi noyabr və dekabr aylarında formalaşır. O, etirazların davam etməsinin sektora ciddi zərər vura biləcəyini deyərək, ilin sonunadək şəhər mərkəzlərində nümayişlərin qadağan olunmasına çağırıb.

Məlumata görə, son iki şənbə günü baş verən iğtişaşlar zamanı ölkə üzrə 2 500-dən çox ticarət obyektinə ziyan dəyib. Oktyabrın 17-də baş verən hadisələrdə 1 161 mağaza talan və yanğınlar nəticəsində ağır zərər görüb.

Ən çox zərər Fransanın Marsel şəhərində qeydə alınıb. Burada ziyan dəymiş 527 mağazadan 331-i dağıdılıb, 128-i isə tamamilə talan edilib.

Etirazlar qarşısında bir çox sahibkar mağazalarının vitrinlərini taxta panellərlə bağlayıb. Oktyabrın 30-31-də yeni aksiyaların keçiriləcəyi ilə bağlı çağırışlar səbəbindən bəzi obyektlərdə qoruyucu maneələr hələ də sökülməyib.

Məqalədə bildirilir ki, əvvəlcə sentyabrın ortalarında məktəblilərin təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə başlayan aksiyalar sonradan hökumətin iqtisadi siyasətinə qarşı genişmiqyaslı etirazlara çevrilib. Bəzi şəhərlərdə etirazçılarla ifrat sağçı qruplar arasında da toqquşmalar yaşanıb.

Gülay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 Oktyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri