Icma.az
close
up
RU
Fransada güclü istilər səbəbindən imtahanlar təxirə salına bilər

Fransada güclü istilər səbəbindən imtahanlar təxirə salına bilər

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paris, 17 iyun, AZƏRTAC

Fransada davam edən güclü istilər imtahan dövrünə təsadüf edir. Bu səbəbdən bəzi şagirdlərin şifahi imtahanları təxirə salına bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın milli təhsil naziri Eduard Jefre “Franceinfo”ya açıqlamasında bildirib. O qeyd edib ki, gələn bazar ertəsi imtahana çağırılan şagirdlər barədə qərar ən gec cümə axşamı və ya cümə günü veriləcək.

Nazir izah edib ki, əgər imtahan mərkəzində şərait uyğun deyilsə, şagirdlərə yeni çağırış göndəriləcək və imtahan bir neçə gün təxirə salınacaq. O, bununla belə, təxirə salınmaların qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəklərini də vurğulayıb. Yekun qərar akademiya rektorlarına məxsus olacaq. Jefreyin sözlərinə görə, əgər bazar ertəsi imtahanların təhlükəsiz şəraitdə keçirilməsi mümkün olmazsa, imtahanlar bir və ya iki gün sonraya keçirilə bilər. Nazir əlavə edib ki, oxşar vəziyyət dərslərə də aiddir: “Eyni səbəb, eyni prinsip. Əgər temperatur təhlükəsiz tədrisə imkan vermirsə, məktəb və ya təhsil müəssisəsi bağlana bilər”. Bu qərarlar yerli hakimiyyət orqanları – prefekt, bələdiyyə və ya məktəb rəhbərliyi tərəfindən veriləcək.

Təhsil naziri, həmçinin bildirib ki, ideal vəziyyət bütün məktəb binalarının müasir və istilikdən qorunan vəziyyətdə olmasıdır, lakin bu binalar dövlətə yox, yerli hakimiyyətlərə məxsusdur. Onun sözlərinə görə, dövlət artıq məktəb və təhsil müəssisələrinin yenilənməsi üçün 3 milyard avro ayırıb və hazırda 24 milyon kvadratmetr sahədə təmir işləri aparılır. “Amma dövlətə mənsub olmayan binanı təmir edə bilmərəm”, – deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri